Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin".

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə