Senatorlardan Makrona çağırış: Azərbaycana hərbi müdaxilə et (?!) ANALİTİK

Senatorlardan Makrona çağırış: Azərbaycana hərbi müdaxilə et (?!) ANALİTİK

Gələcəkləri olsa, görəcəkləri mütləq olacaq!

Fransanın “Le Monde” qəzetində ölkə senatının 11 deputatın prezident Emmanuel Makronun ünvanına açıq məktubu dərc edilib. SİA xəbər verir ki, fransız deputatlar Makrona çağırış edərək bildiriblər ki, Fransa Ermənistanı öz protektoratına götürməli və Qarabağı hərbi müdaxilə ilə ələ keçirməlidir.

Sözügedən bədnam məktubu Fransa respublikaçılar pariyasının sədri Erik Çotti, Fransa Sosialist partiyasının baş katibi, deputat Olivye For, Birləşmiş demokratlar və müstəqillər partiyasının rəhbəri, senator Erbye Marsel, Fransa kommunistləri partiyasının baş katibi Fabyen Russel, Fransa senatının müdafiə və xarici işlər komitəsinin sədri Kristian Kambo, senatın respublikaçılar fraksiyasının sədri Bruna Ratayo, senatın kommunistlər fraksiyasının sdəri Qiyom Qontar, senatın sosialistlər-ekoloqlar fraksiyasının sədri Patrik Kanner, senatın “Fransa-Ermənistan” dostluq qrupunun sədri Jilber-Lyuk Devinaz və senator Pyer Uziliya imzalayıblar.

Məktubu imzalayanlar məhz Fransa hökumətində Azərbaycanın əleyhinə qətnamə qəbul edən üsnürlərdirlər

Bu bədnam, aqressiv, eləcə də müharibə ritorikalı həyasızlıq davranışını şərh edərkən bir daha belə bir qənaətə gəlmək olar ki, həmin məktubu imzalayanlar məhz Fransa hökumətində Azərbaycanın əleyhinə qətnamə qəbul edən üsnürlərdirlər. Məhz onlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ iqtisadi rayonunu ərazisində bilavasitə Ermənistanın işğalçılıq siyasəti sayəsində qurulmuş separatçı-cinayətkar rejimin ölkələri tərəfindən tanınmasını tələb ediblər. Bu ünsürlər Yeliseyi Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırmaqla Fransanın erməni diasporunun maraqlarını müdafiə ediblər. Və ən əsası – məktubu imzalayanların da vəzifələri göstərir ki, əslində Fransa siyasətçilərinin əhəmiyyətli çoxluğu nə qədər erməni lobbisinin təsirləri altına düşməklə fəaliyyət göstərirlər. Bu, Fransa siyasətinin, yaxud Fransanın tarixi dövlətçilik ənənəsinin açıq-aşkar iflası və rüsvayçılığıdır. Əgər belə olmasa idi, hətta növbəti dəfə Azərbaycanın ərazilərini işğal etməyə hesablanmış sözügedən məktub Fransanın aparıcı nəşrində dərc edilməzdi!

Beləliklə, açıq məktubda erməni ultramillətçiləri tərəfindən pulla satın alınan və imza atan fransız siyasətçilər Makrondan tələb edirlər ki, o, “Ermənistanın təhlükəsizliyini təmin etsin” və Qarabağı Azərbaycanın suverenliyindən çıxarsın (?!)

Bakı isə həmin bədnam məktubda “ermənilərə qarşı cinayətlərdə” ittiham olunub, hansı ki, bütün dünya ermənilərin 30 il boyunca azərbaycanlılara qarşı hansı cinayətlər törətdiyini çox yaxşı xatırlayır və bilir!

Məktubda Fransanın Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamasına və qızışdırılmasına yardım etməsi barədə sözün əsl mənasında səfeh ifadələr yer alıb. Həmin söz yığnağında bildirilir: Fransa Aİ və ABŞ-dan Azərbaycana qarşı sanksiyalarının tətbiqini tələb etməli, BMT sülhməramlılarının Azərbaycana göndərilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmalı, Qarabağ iqtisadi rayonuna hərbi müdaxilə edilməli, hərbi əməliyyatlara başlanılmaslı, Xankəndi yaxınlığında işğalçıların tikdiyi hava limanı işə salınması və Qarabağ səması Azərbaycan üçün bağlanmalıdır (???!!!)

Beləliklə, faktlar tam çılpaqlığı ilə ortadadır

Erməni lobbisinin nökərləri olan fransız siyasətçilər Makrona çatdırıblar ki, əgər Makron bu tələbləri yerinə yetirməyi bacarsa Fransa “dünyəvi dəyərlərə”, həmçinin “şərəfli adına”, “milli-siyasi ideyalarına” nə qədər “sadiq qaldığını” dünyaya sübut etmək imkanını əldə edəcək.

Beləliklə, faktlar tam çılpaqlığı ilə ortadadır və çox yəqin ki, Fransa senatının satılmış siyasi fahişələri (senator adına layiq deyillər-R.R.) bir daha dünyaya sübut etdilər ki, reallıqda onların ölkələri nə qədər iflasa uğrayıb və erməni lobbisinin girovuna çevrilib!

Rövşən RƏSULOV

P.S. Nə deyirik, gələcəkləri olsa görəcəkləri 100 deyil, 1000 faiz olacaq. Təbii ki, cürətləri çatırsa, amma çata bilərmi..?

Bütün xəbərlər Facebook səhifəmizdə