Bayraktarın ölkəmizdə istehsalı şübhəsiz çox faydalı olacaq - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

Bayraktarın ölkəmizdə istehsalı şübhəsiz çox faydalı olacaq - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

"Ümumiyyətlə hər kəs bilir ki, Bayraktar yeni nəsil silahların istehsalı ilə məşğul olan bir şirkətdir. Azərbaycanın Vətən müharibəsində zəfər qazanmasında həmin şirkətin istehsal etdiyi silahların həlledici rolu çox böyük olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Orxan Vəliyev deyib.

Onun sözlərinə görə, ilk dəfə idi ki, XXI əsrdə yeni inkişaf etmiş silahlarla, nizami bir ordunun müharibəsi baş verirdi: "Digər tərəfəndən isə Bayraktar şirkətinin Azərbaycanda rəsmi olaraq fəaliyyətə başlanması ölkəmiz üçün çox ciddi faydaları olacaq. Azərbaycan üçün bu şirkətin burada fəaliyyətə başlaması ilə müdafiə sənaye sahəmizdə də çox ciddi inkişaf görəcəyik. Eyni zamanda, bu, dolaylı olaraq Türkiyənin dəstəyinin də dərinləşməsi deməkdir. Bu şirkətin ölkəmizdə fəaliyyətə bşlaması şübhəsiz çox faydalı olacaq. Həm Azərbaycan üçün, həm də "Bayraktar" şirkəti üçün birgə fəaliyyətin sonunda çox uğurlu hadisələr olacaq. Bildiyimiz kimi Azərbaycan da insansız uçuş aparatı olan "İtiqovan" uçuş aparıtını istehsal edir. Müharibə zamanı da biz bu silahlardan dəfələrlə istifadə etdik və çox uğurlu olduğunun şahidi olduq. Hər iki tərəfi bu birgə fəaliyyətlə bağlı təbrik etmək və işlərində uğurlar arzulamaq istəyirəm. İnşallah ölkəmiz üçün çox ciddi bir həm hərbi sahədə, həm də iqtisadi sahədə çox böyük bir təsiri olar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə