Qeyri-rəsmi sammitdə Paşinyanın fiaskosu rəsmiləşdi ANALİTİK+ŞƏRH

Qeyri-rəsmi sammitdə Paşinyanın fiaskosu rəsmiləşdi ANALİTİK+ŞƏRH

Yaxud, intihar etmiş dəlinin Qarabağdan olan oğlu qırmızı xətti necə keçir?

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başa çatdı. Lakin sammitdə əsas maraqlar məhz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakına, eləcə də nəticələrə tərəf yönəlmişdi. Xüsusilə Ermənistanın açıq-aşkar anti-Rusiya davranışları, danışıqlar prosesini müxtəlif qeyri-ciddi vasitələrlə uzatması ya da prosesdən imtinası, üçtərəfli bəyanatda qeyd edilmiş və sonrakı müddətdə razılaşdırılmış bəndlərə riayət etməməsi, eyni zamanda, bütün bunlara qarşı Azərbaycanın mövqeyi diqqət mərkəzində qaldı.

“Kommersant” yazır ki, Peterburqda Vladimir Putinlə, İlham Əliyevlə və Nikol Paşinyanla üçtərəfli görüş hətta planlaşdırılmırdı

Bu xüsusda, Rusiyanın nüfuzlu “Kommersant” qəzetinin görüşdə diqqət çəkdiyi məqamı da xatırlatmaq yerinə düşərdi. Adıçəkilən nəşr Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın yanından məğrur və qalib lider qismində keçməsinə, həmçinin görüşməməsinə toxunub. SİTAT: “Sonuncu olaraq Azərbaycan Prezidenti İlham Əliyev daxil oldu və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı dayandı, belə ki, onların ölkələrinin adları eyni hərflərlə başlanır. Ancaq yox, onlar nəinki danışmırdılar, hətta bir-birlərinə belə baxmırdılar. Peterburqda Vladimir Putinlə, İlham Əliyevlə və Nikol Paşinyanla üçtərəfli görüş hətta planlaşdırılmırdı. Sonuncu iki şəxslər bir-birlərinə baxmamalarını nəzərə alsaq həmin görüş planlaşdırıla da bilməzdi”.

Fərhad Məmmədov: “Azərbaycan və Ermənistan Rusiyaya asanlıqla imtina edirlər ki, bu da prosesləri böhranlı vəziyyətə doğru sövq edir”

Lakin başqa tərəfdən, sammit həm də öz nəticəsizliyi ilə də nəzərə çarpdı ki, üç ölkə liderlərin Sankt-Peterburqdakı toplantıları sanki Soçi sammitini xatırlatmış oldu. Bu barədə politoloq Fərhad Məmmədov da maraqlı analitikasını təqdim edib. Özünün “Mneniyafm” teleqram səhifəsində sözügedən sammitin nəticələrini təhlil edən politoloqa görə, orada yalnız üçtərəfli görüşün keçirilməməsi deyil, həm də ikitərəfli görüşlərin publik şəkildə baş tutmaması da diqqət çəkib. Fərhad Məmmədova görə, artıq belə bir ehtimal da var ki, Rusiya Laçında cərəyan edən məlum vəziyyəti Azərbaycanla ikitərəfli formatda həll etmək istəyində deyil. Bunun səbəbi isə bütün gücü ilə Qarabağla bağlı mövzularda üçtərəfli formatı saxlamaq cəhdləridir. Artıq proseslər də göstərir ki, Moskvanın nə “yerdə”, nə də diplomatik sahədə gücü çatmır. Politoloq fikirlərini bu cür şərh edib. “Azərbaycan və Ermənistan Rusiyaya asanlıqla imtina edirlər ki, bu da prosesləri böhranlı vəziyyətə doğru sövq edir. Paralel olaraq Ermənistanın təhlükəsizlik şurasının katibi ABŞ-ın “Azadlıq” radiosuna müsahibəsində Rusiyanın Ermənistandan olan bütün gözləntilərini açıqlayıb”, qeyd edən Fərhad Məmmədov bunu belə şərh edib:

- müttəfiq dövlətə daxil olmaq;

- müttəfiq dövlətə daxil olmamış hərbi yardımın verilməsindən imtina ediləcək;

- iş rejiminin ilkin versiyasında Zəngəzur dəhlizindən imtina.

Beləliklə, Qarabağ mövzusu, yəni Ermənistanın Azərbaycanın ərazilərinə iddiası hələ də bu ölkənin xarici siyasətinə sədlər qoyur. Politoloqa görə, Paşinyan iki ildir ki, bu məhdudiyyətləri öz üzərindən atmağa çalışırdı. Lakin əslən Qarabağdan olan təhlükəsizlik şurasının simasında ikinci birincini Qarabağ mövzusundan imtina etməməyə inandırmağa çalışır və bunu belə izah edir ki, zaman onlara tərəf işləyir – qısası, “Qərb bizimlədir”!

Rusiya isə öz növbəsində əmindir ki, özünün eksklüziv iştirakı ilə prosesləri canlandıra bilər. Bu ideya ağlasığmaz olsa da, təəccüblü də doğurmadı. Bu artıq trenddir.

Paşinyan hökuməti yalan danışıb və sülh erası haqqında bəyanat pozulub

Fərhad Məmmədov qeyd edib ki, sözügedən fonda Azərbaycan istənilən proseslərə və ssenarilərə hazırdır: həm Rusiya, həm də post-Rusiya ssenarilərinə. Belə ki, Rusiya variantına görə Zəngəzur dəhlizi RF-nın nəzarəti altında yalnız 5 il qalacaq, amma 5 ilin 2-i artıq geridə qalıb. SİTAT: “Post-Rusiya, ya da Qərb variantı Azərbaycanla Ermənistanın subyektliyini artırmağı nəzərdə tutur, lakin ilk növbədə Ermənistanın öz ərazisindəki subyektliyi artır. Ancaq Ermənistan bu yerdə Qarabağa iddialarından əl çəkməlidir... Ermənistan təhlükəsizlik şurasının katibi Qriqoryanın Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın tarixi əraziləri və geri qaytarılması mövzusunda söylədiyi fikirləri barəsindəki qənaətinə görə, Paşinyan hökuməti yalan danışıb və sülh erası haqqında bəyanat pozulub. Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı hələ ərazi iddiası deyil, ancaq bu əminlikdir ki, sülh olarsa, azərbaycanlılar öz doğma torpaqlarını, qəbiristanlıqlarını ziyarət edərək mədəni irslərini geri qaytaracaqlar. Yoxsa Qriqoryan sülh dövrünü başqa cür təsəvvür edir?! Sərhədlərin açılmaması və səfərlər olmadan?! Yaxud, sülh dövrü yalnız sözlərdədir?! Axı bu Freyd qənaətidir! Qriqoryan və onun kimiləri hələ də ərazi iddialarında qalmaqdadırlar!”.

Laçın dayanışması davam edir...

Poiltoloq əlavə olaraq bildirib ki, Qriqoryanın baxışları Hitlerin baxışları ilə üst-üstə düşür. SİTAT: “İntihar etmiş dəlinin Qarabağdan olan oğlu qırmızı xətti keçir. Qriqoryan danışıqlardakı funksiyasını itirir və Hacıyev (Prezidentin köməkçisi-R.R.)-Qriqoryan formatına da yenidən baxıla bilinər.

Laçın dayanışması davam edir... Turbulentlik davam edir... Lakin anlamaq lazımdır ki, turbulentlik uçuş yüksəkliyini itirmək deyil, bu yalnız hava boşluğudur ki, o sədd keçilir və təyyarə öz yolunu həmin yüksəklikdə davam etdirir!”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə