2022-ci il - Heydər Əliyev Fondunun imza atdığı möhtəşəm layihələr ili - TƏHLİL

2022-ci il - Heydər Əliyev Fondunun imza atdığı möhtəşəm layihələr ili - TƏHLİL

Bir neçə gündən sonra həyatımızın bütün sahələri ilə zəngin olan 2022-ci ilə vida söyləyəcəyik Təqvimizə yola salacağımız il yaddaqalan hadisələrlə həkk olundu. Biri digərini əvəzləyən hadisələr Azərbaycan ictimai-siyasi mədəni tarixinə silinməz iz saldı. Bu gün yarandığı zamandan etibarən, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun il ərizində gördüyü işlər vərəqləyəcəyik.

Əhəmiyyəti ilə diqqətə çəkən hər bir görülən iş xalqın böyük məhəbbətini və etimadını qazanan Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fodunun sədri Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərin bir illik məsafəsinə diqqət yetirsək nə qədər möhtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik. Belə ki, 2022-ci ildə Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələrinin müstəsna yeri və əhəmiyyəti var. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində Fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.

"YENİLƏŞƏN AZƏRBAYCANA YENİ MƏKTƏB"

Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında ötən illərdə olduğu kimi, 2022-ci ildə də təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. Belə ki, müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, savadlı, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir. Bu il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Saatlıda 118 yaşlı məktəb üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunaraq istifadəyə verildi. Qeyd edək ki, məktəb 1904-cü ildən 190 yerlik uyğunlaşdırılmış məktəb kimi fəaliyyət göstərir. Saatlı rayonunun ən qədim məktəblərindən olan Əlisoltanlı kənd tam orta məktəbinin binası sonuncu dəfə 1975-ci ildə təmir edilmişdi. Yüzdən çox yaşı olan məktəb binası istifadəyə yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 360 şagird yerlik yeni bina inşa edib. Məktəbdə fənn otaqları, biologiya, kimya üzrə kabinet və laboratoriyalar, informatika kabineti, hərbi otaq, əmək otağı, kitabxana və oxu zalı, idman və akt zalları, futbol və voleybol meydançaları yaradılıb, yeməkxana istifadəyə verilib, məktəbin həyətyanı sahəsi abadlaşdırılıb.
Bakının Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbdə müasir standartlara uyğun qurularaq istifadəyə verildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəbdə sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var və məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Əlbəttə ki, "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsindədir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.

GƏNC NƏSLİN DAHA SAVADLI, BİLİKLİ VƏ SAĞLAM YETİŞMƏSİNƏ HESABLANAN LAYİHƏLƏR

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
İmişlidə isə 2022-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən məktəb və bağça binası istifadəyə verildi. A.Eminov adına 7 nömrəli tam orta məktəb və 3 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binalar inşa olundu. Hər iki bina Novruz bayramı ərəfəsində istifadəyə verildi. 7 nömrəli tam orta məktəb üçün inşa olunan 800 şagird yerlik binada şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən zəruri şərait yaradılıb. Məktəbin köhnə binasının birinci korpusu 1953-cü ildə, ikinci korpusu isə 1962-ci ildə inşa olunub. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəldiyi və istifadəyə yararsız vəziyyətə düşdüyü üçün Heydər Əliyev Fondu tərəfindən 800 şagird yerlik yeni məktəb binası tikildi. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edildi. Əvvəlki binada olan çətin şərait, köhnə sinif otaqları, istilik sisteminin sıradan çıxması təhsilə öz mənfi təsirini göstərirdi. Bina artıq istismar müddətini başa vurmuşdu.
İmişli şəhər 3 nömrəli uşaq bağçası-körpələr evi üçün inşa olunan yeni bina da müasir standartlara uyğun tikilib. Bu körpələr evi-uşaq bağçasının əvvəlki binası 1990-cı ildə inşa olunmuşdu. Ötən müddətdə bağçanın binası fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Yeni tikilən körpələr evi-uşaq bağçasında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar var. Uşaqların sağlamlığı, istirahəti və təlim-tərbiyə üçün lazımi şərait yaradılıb.

YÜZLƏRLƏ UŞAĞA, YENİYETMƏYƏ YAŞADILAN BÖYÜK SEVİNC

Şamaxı rayonunda açılışı olan körpələr evi-uşaq bağçası və yeni məktəb binası müasi dövrün tələbləri əsasında qurulub. Sabir qəsəbəsində inşa olunan körpələr evi-uşaq bağçasının və Ovçulu kəndində tikilən yeni təhsil ocağı buranın sakinlərinə böyük sevinc gətirmiş oldu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib istifadəyə verildi. Daha sonra Heydər Əliyev Fondu tərəfindən inşa olunan A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinin yeni binası istifadəyə verildi. Həsənsu kənd tam orta məktəbinin binası ötən müddət ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondunun və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Daşkəsən rayonunun Quşçu qəsəbəsində modul tipli məktəb binası inşa olundu. Daşkəsən rayonunun "Çovdar" yatağının yaxınlığında, dağətəyi Quşçu qəsəbəsində yerləşən Səlmixan İsgəndərov adına tam orta məktəbin yeni inşa edilmiş modul tipli binasında 80 şagird yerlik 10 sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana mövcuddur. Şəhid Səlmixan İsgəndərovun adını daşıyan məktəb tədris prosesi üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz olunub.
Bu sahədə görülən işlərin davamı olaraq Binə qəsəbəsində orta məktəb binasının, Qaraçuxur qəsəbəsində körpələr evi-uşaq bağçasının açılışlarını da qeyd etməliyik. Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbin üçmərtəbəli binasında lazımı bütün şəait yaradılıb.Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondu tərəfindən istifadəyə verildi. Bu müəssisələrin sayı kifayət qədərdir ki, Heydər Əliyev Fondu bu sahədə gördüyü işlərlə yüzlərlə uşağa, yeniyetməyə il ərizində böyük sevinc yaşatmış oldu.Mehriban xanım Əliyeva hər zaman olduğu kimi, yola salacağımız 2022-ci ildə də möhtəşəm layihələrə imza atdı. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla yanaşı, gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşaraq uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr də həyata keçirdi. Əlbəttə ki, bu Mehriban xanım Əliyevanın yalnız təhsillə bağlı həyata keçirdiyi layihələrdir və növbəti yazımızda isə Heydər Əliyev Fondunun Qarabağımızda və Şərqi Zəngəzurda gerkələşdirdiyi layihələrə, eləcə də dini tolerantlığa, mədəniyyətimizə verdiyi töhfələrə, sosial layihələrə nəzər salacağıq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə