Qusar rayon İcra Hakimiyyətinin əməkdaşları və YAP Qusar rayon təşkilatının fəalları tərəfindən rayonun Mucuq kəndində şəhid Şair Heydərovun ailəsi ziyarət edilib.Azərbaycan ordusunun kəşfiyyatçı Şair Camal oğlu Heydərov sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində ordumuza qarşı törətdiyi təxribatın qarşısını alarkən şəhidıik zirvəsinə ucalıb.Şəhid ailəsinin qayğıları ilə yaxından maraqlanan Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova və YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov şəhid ailələrinə və qazilərə dövlət qayğısından söz açıb.Şəhid ailəsini ziyarət etməyin səbəblərindən biri də şəhidin vəfatından sonra tezəliklə dünyaya göz açdığı qız övladına görə ailəni təbrik etmək idi.Şəhidin yenicə dünyaya gəlmiş körpəsinə hədiyyələrə təqdim edildi. Şəhidin valideynləri onların problemlərinə həssaslıqla yanaşıldığını qeyd edərək Ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB