Ölkəmiz hər kəsin bildiyi kimi, son 30-ilə yaxın müddət ərzində çətin bir dövrdən keçmişdir. Yenicə müstəqillik əldə etmiş Azərbaycan hələ çox zəif görünürdü. Müəyyən qüvvələr dövlətimizin parçalanmasını istəyərək daxildə anarxiya, hərc-mərclik və xaos yaratmışdır ki, bu zaman siyasi rəhbərliyə Ulu Öndər Heydər Əliyevin gəlişi xalqı məhv olma bəlasından qurtararaq xalqa azadlıq bəxş etmişdir. Siyasi rəhbərlik dövrünü çox uğurla yerinə yetirmiş dahi lider Azərbaycanı yenidən dirçəldərək dünya siyasi arenasına çıxarmağa nail oldu. Yeni-yeni iqtisadi müqavilələr və ən əsası isə Əsrin Müqaviləsi adlanan neft kontraktı ölkə kapitalına çox müsbət təsirini göstərdi.
2003-cü ildən etibarən isə bu şərəfli postda onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini davam etdirməyə başladı. Qeyd olunan tarixdən etibarən Prezident vəzifəsinə ilk günü seçiləndən bu günə qədər xalqın dəstəyi hər zaman İlham Əliyevlə olmuşdur. Bu dəstək hər sferada öz əksini əyani şəkildə tapmışdır. Dəmir iradəsi olan ölkə başçısı bütün Azərbaycan xalqı ilə birlik nümayiş etdirərək böyük tarixi uğurlara imza atmışdır. Cənab Ali Baş Komandanın siyasətinin əsas məğzi məhz dayanıqlı inkişaf idi ki, bu siyasətin mərkəzində də Azərbaycan vətəndaşı dayanırdı. Dövlət başçısı Cənab İlham Əliyev daxili siyasətə önəm verdiyi kimi beynəlxalq siyasətin və əməkdaşlığın mühüm olduğunu hər zaman diqqətdə saxlayırdı. Bununla yanaşı, Azərbaycanın tərəfdaşlıq strategiyasının etibarlılıq nümunəsini bütün dünyaya göstərmişdir. Cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində bu gün Avropada ən arzuolunan siyasi lider kimi özünü isbat edərək öz nüfuzunu daim yüksəklərdə saxlamışdır.
Bu gün regionda, daha dəqiq desək Cənubi Qafqazda söz və imza sahibi Azərbaycan tərəfdir. Bunun bir neçə isbatı vardır. İlk öncə ölkənin uğurlu liderinin olması, ən etibarlı tərəfdaşlıq mövqeyinin məhz Azərbaycanın olması və yaxın keçmişdə regionda olan üç ölkədən ikisinin müharibəsindən qalib çıxmış bir tərəf kimi hərb meydanında olan uğurumuzdur. Bunların hər birinin arxasında Cənab İlham Əliyevin uğurlu siyasəti və dayanıqlı inkişaf prinsipi dayanmışdır ki, bizi uğurdan-uğura daşımaqdadır. Yaşasın Azərbaycan Respublikasın Prezidenti!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB