Bir çox hegomon dövlətlər Azərbaycanla hesablaşmalıdırlar - FƏLSƏFƏ DOKTORU DANIŞDI

Bir çox hegomon dövlətlər Azərbaycanla hesablaşmalıdırlar - FƏLSƏFƏ DOKTORU DANIŞDI

“Mən fəxr edirəm ki, Azərbaycan tarixşünaslıq elmində ilk dəfə olaraq Azərbaycan Respublikasının Qafqazda lider dövlətə çevrilməsi mövsuzunda ilk dissertasiya işinin müəllifi olmuşam. Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin başçılığı altında işıqlı bir gələcəyə doğru addımlayır. Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə Azərbaycan artıq tarixi torpaqlarının bütövlüyünü bərpa edib. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibənin nəticəsi olan qələbəmizi təbii ki, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, güclü ordumuz, zabitlərimizin sayəsində əldə etdik: “Onların hər birinin qarşısında baş əyirəm. Lakin güclü nizam-intizamlı ordunun başında mütləq şəkildə yüksək keyfiyyətlərə malik lider dayanmalı idi. Həmin bu liderlik keyfiyyətlərini özündə əks etdirən məhz cənab Prezident İham Əliyev idi. Bu gün Azərbaycanın bütün sahələrində yürüdülən siyasət Ulu Öndər Heydər Əliyevin siyasətidir ki, bu gün layiqincə davam etdirilir. Biz bu gün Azərbaycanda nümunəvi varisliyi görürük. Azərbaycanı bizlərə miras qoyan Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki yarımçıq qalan taleh yüklü məsələlər də cənab Prezident tərəfindən həyata keçirilir. Bu gün çox xoş bir haldır ki, Qafqazda heç bir layihə Azərbaycanın imzası olmadan keçirilə bilməz. Nəinki Qafqaz regionundakı ölkələr, hətta dünyadakı bir çox hegomon dövlətlər Azərbaycanla hesablaşmalıdırlar. Düşünürəm ki, cənab Prezident İlham Əliyev öz liderlik keyfiyyətlərini 44 günlük müharibəsi boyunca KİV-ə verdiyi müsahibələrində də nümayiş etdirmiş oldu. Bu gün, yəni dekabrın 24-ü cənab Prezident İlham Əliyevin doğum günüdür. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan tarixşünaslıq elmində ilk dəfə olaraq cənab Prezident İlham Əliyev haqqında araşdırma aparmış və dissertasiya işimin üzərində 7 il çalışmışam. Doğum günü münasibətilə cənab Prezidenti təbrik edir və monoqrafiyanı cənab Prezidentə şəxsən təqdim etməyi arzu edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə