Son 19 ilin reallıqları: müstəqil Azərbaycanın tarixində uğurlu inkişaf dövrü ŞƏRH
2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına, tərəqqi və inkişafa vermişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə bildirmişdir. Dövlətimizin başçısı son 19 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli şəkildə yerinə yetirib. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə böyük inam və əminlik yaradır. Dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Son 19 il həqiqətən müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir.
Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi əsas proritet istiqamətlərdəndir. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə, heç bir ölkədə müşahidə olunmur.
Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə baxmayaraq, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. İlham Əliyev siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Son illərdə siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar və müraciətlər uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Burada "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar", "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair" və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.
İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir.
Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezident İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edərək belə deyir:"Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz"
Regionda reallaşdırılan beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqların nəzərə alınması ilə həyata keçirilməsi ölkəmizin nüfuzuna dəlalət edir. Coğrafi mövqeyinə görə, mühüm əlverişli bir məkanda yerləşən Azərbaycan imkanlardan maksimum yararlanır. Ölkəmizin nəqliyyat-tranzit potensialının artırılması və müasirləşdirilməsi üçün bir sıra nəhəng layihələr həyata keçirilir. Artıq həmin layihələrin icrasında böyük uğurlara nail olmuşuq. Hava limanları, yük terminalları, yük donanması, qitələri birləşdirən dəmir yolları ölkəmizin strateji əhəmiyyətindən, nəqliyyat sahəsində böyük potensialının göstəricisidir. Bütün bunlar Azərbaycanın regionun strateji cəhətdən əhəmiyyətli bir ölkə olduğunu özündə təcəssümüdür.
"2003-cü ildən Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq" – deyə Prezidentin bildirməsi böyük həqiqətlərə söykənir. Son 19 ilin real mənzərəsi onu göstərir ki, Azərbaycan tarixində görünməmiş böyük inkşaf yolundadır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra - Böyük Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
İlkin ABBASOV,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB