Azərbaycanda aparılan siyasət sosialyönümlü xarakterlidir. Bu birbaşa olaraq insan amilinə yüksək həssaslıqla yanaşmanın təzahürüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim önə çəkdiyi bu reallıq insanların sosial şəraitinin yaxşılaşdırılmasına, iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsirini göstərməkdədir.
Son 19 ilin reallıqları göstərir ki, Azərbaycanın iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən gəlirlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, pensiya və müavinətlərin, artırılması, sosialmüdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı xarakter daşıyan əmək tutumlu iş yerlərinin açılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı ilbəil artırılır, etibarlı sosial müdafiə sistemi formalaşdırılır. Söz yox ki, burada ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm yer tutur.
Mütərəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin getdikcə yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Əlbəttə, qarşıya qoyulan sosial vəzifələri reallaşdırmaq üçün, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirmək lazımdır ki, bu da hazırda ölkəmizdə çox yüksək səviyyədə həyata keçirilir.
Ölkə rəhbəri tərəfindən respublikamızda müharibədən əziyyət çəkən vətəndaşlara daim qayğı göstərilir, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət yetirilir və onlara ayrılan müavinətin məbləği mütəmadi olaraq artırılır.
Möhtərəm Prezidentimiz ulu öndərin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırmaqla respublikamızın gələcək uğurlarına əsaslı zəmin yaradır.
Hazırda Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində respublikada yoxsulluq həddi minimuma endirilmişdir. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü siyasət birmənalı olaraq Azərbaycan vətəndaşının güzəranın yaxşılaşdırılmasına xidmət edir.
YAP Tərtər rayon təşkilatının sədri
Eldar Əsədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB