"Avtomobillər keçirsə, yol necə bağlanmış olur?”

Azərbaycan XİN: Estoniya XİN-in Qarabağ bölgəsini köhnə adı ilə təqdim etməsi yolverilməzdir
"Avtomobillər keçirsə, yol necə bağlanmış olur?”

Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməzdir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.

Paylaşımda qeyd olunub: “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. “Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?”, - deyə nazirliyin paylaşımında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə