Ulu Öndər Heydər Əliyev millətin üstünə mərkəz tərfindən atılan ləkəni sildi -DEPUTAT DANIŞDI

Ulu Öndər Heydər Əliyev millətin üstünə mərkəz tərfindən atılan ləkəni sildi -DEPUTAT DANIŞDI

“Xalqımızın tarixində əhəmiyyətinə görə müstəsna yer tutan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu günün tarixinə qısa nəzər yetirməkdə fayda var. O vaxt Azadlıq meydanında etiraz aksiyaları keçirilirdi. Aksiyada iştirak edənlər Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini dayandırmağı, tarixi torpaqlarımızdan - Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulmasına son qoyulmasını və Qarabağda erməni terrorçularının qanunsuz hərəkətlərinin dayandırılmasını tələb edirdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Mərkəzi hökumət isə Azadlıq meydanına İran İslam Respublikasının bayraqlarını gətirdi: “Bu işdə başlıca məqsəd ondan ibarət idi ki, gələcəkdə Sovet hakimiyyətinin atacağı addımlara bəraət qazandırılsın və deyilsin ki, bu hərəkətlər İslam fundamentalizmi idi. İran SSRİ sərhəddinin Azərbaycandan keçən bəzi yerlərində məftillərin sökülməsinin iki tərəfi var idi. Biri azərbaycanlıların vahid Vətən istəyi ilə bağlı idi. Bölünmüş Vətənin birliyi istəyini ifadə edirdi. İkinci isə mərkəzin məkrli niyyəti idi. Mərkəz kənara göstərmək istəyirdi ki, bunu törədənlər fundamentalistlərdir. Heç əbəs deyil ki, 1190-cı ilin yanvar hadisələrində bir çox ölkələrin məsələyə münasibətində Moskvanın bu siyasəti öz təsirini göstərmiş oldu.

Amma bütün bu oyunların fövqündə Ulu Öndər Heydər Əliyev dayandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 31 dekabrı Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qəbul etdi. Sonradan Azərbaycan Respublikasının rəhbəri olduqda 31 dekabr bütün ölkə üzrə bayram kimi qəbul edildi. Beləliklə Ulu Öndər Heydər Əliyev millətin üstünə mərkəz tərfindən atılan ləkəni sildi və mərkəzin üzərində növbəti qələbəsini qazandı. Buna görə də 31 dekabr tariximizin ən yaxşı bayramlarından biridir. Bu bayram münasibətilə dünyanın hər yerində yaşayan soydaşlarımızı ürəkdən təbrik edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə