Prezident İlham Əliyevin cari ilin dekabrın 14-də Türmənistanda təşkil olunmuş Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovla Üçtərəfli Zirvə görüşündə çıxışı bir sıra mühüm məqamlarla yadda qalıb. Cənab Prezident bildirdi ki, Azərbaycan, Türkiyyə və Türkmənistanın tarixi bağlar üzərində qurulmuş münasibətləri ölkəmiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat – loqistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycanın həm Türkiyyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyyə ilə keçən il imzaladığımız Şuşa Bəyannnaməsi münasibətlırimizi stratejimütətəfiqlik səviyyəsinə çatdırıb. 2017 – ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ölkəmiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.
Cənab Prezident Azərbaycan, Türkiyyə və Türkmənistanın nəqliyyat – loqistika sahəsində də böyük uğurlara imza atdığını qeyd edib. Belə ki, ölkəmiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Ölkə başçısı çıxışında Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsindən danışaraq, ölkəmizin Şərq – Qərb və Şimal- Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etdiyini diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, Zəngəzur dəhlizi 2024 – cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bundan başqa regionun loqistik potensialını zənginləşdirən layihələr arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 25 milyon tona çatdırılması, Xəzər Dənizi sahilində yerləşən Ələt Azad İqtisadi zonası, Bakı – Tbilisi – Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırılması, ölkəmizdə hava limanlarının sayının artırılması böyük imkanlar yaradacaq. Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyub Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra imzalanmış Azərbaycan-Türkiyyə-Türmənistan sənədləri üç ölkə Arsında əməkdaşlığın dahada inkişafına xidmət edir.
Səfər çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikası, Türkiyyə Respublikası, Türmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı, həmçinin imzalanmış “Tarixi – iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, 2023 – 2025 - ci illər üzrə elm , təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı o, cümlədən gömrük energetika və nəqliyyat sahələrinə dair memorandumlar Türmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini daha da artırır.
Aytəkin Hacızadə
YAP Yasamal rayon təşkilatının “A.M.Şərifzadə küç.762 ( Ak.M.Ə.Mirqasımov adına RKX-sı Publik Hüquqi Şəxs) ünvanı üzrə partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB