Moldova KİV-i Prezident İlham Əliyevin Rumıniyaya səfərinə geniş yer ayırıb - FOTOLAR

Moldovanın nüfuzlu KİV-i Prezident İlham Əliyevin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasiminə, dövlətimizin başçısının çıxışı və görüşlərinə geniş yer ayırıb.

SİA xəbər verir ki, Moldovanın “Noi”, “Timpul”, “TV8”, “Dosar Media” və digər xəbər portallarında dərc olunan məqalələrdə Sazişin əhəmiyyəti və Azərbaycanın bu işdə göstərdiyi dəstəyin önəmi vurğulanıb.

Rumın və rus dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və dəstəyi barədə fikirləri də geniş dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə