Azərbaycan və Türkiyə arasında Əməkdaşlıq Protokolunun Fəaliyyət Planı təsdiqlənib

Azərbaycan və Türkiyə arasında Əməkdaşlıq Protokolunun Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, 2022-ci il noyabrın 4-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə