"İnsanlar valyuta dəyişdirilməsi ilə bağlı əziyyət çəkməli deyil" - RÜFƏT QULİYEV

"İnsanlar valyuta dəyişdirilməsi ilə bağlı əziyyət çəkməli deyil" - RÜFƏT QULİYEV

"Şənbə və bazar günləri banklar işləmir. Bu da valyuta dəyişdirilmə əməliyyatları zamanı problemlər yaradır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev deyib.

Deputat sözlərinə belə davam edib: “Bu zaman ölkəyə gələn turistlər, ümumiyyətlə vətəndaşlar valyutalarını harada dəyişməlidir? Bu məsələ üzərində ciddi işləmək lazımdır. İnsanlar valyuta dəyişdirilməsi ilə bağlı əziyyət çəkməli deyil. Bu məsələ artıq neçənci dəfədir qaldırılsa da, hələ də həllini tapmayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə