"Bu ölkələr öz daxilindəki problemlərə baxsalar yaxşı olar" - DEPUTAT DANIŞDI
"Azərbaycanda keçirilən aksiya təkcə bizi maraqlandırır, digər dövlətlər bununla bağlı çıxışlar etməli deyil". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat sözlərinə belə davam edib: “İranda 30 milyon azərbaycanlı yaşayır. Belə çıxır ki, biz bir cığır tapıb soydaşlarımızın yanına getməliyik.
Azərbaycanda baş tutan aksiyaya Fransa, Yunanıstan və digər ölkələr öz daxilindəki problemlərə baxsalar yaxşı olar. Hətta bu gün Avropada böyük problemlər var, Rusiya-Ukrayna arasında baş verən müharibə fonunda qaz problemlərini həll etsinlər. Bu gün ölkədə baş verən hadisələr sadəcə Azərbaycanı maraqlandırır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB