Aksiya artıq 4-cü gündür davam edir - FOTOLAR

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilər faydalı qazıntı yataqlarını, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarını qanunsuz istismar edirlər. SİA-nın həmin ərazidə olan əməkdaşından verilən məlumata görə, bu səbəbdən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Bu gün artıq aksiyanın 4-cü günüdür. Aksiya iştirakçılarının sayı durmadan artır. Hazırda 300 nəfər ekofəal və könüllülər aksiyada iştirak edərək, müxtəlif şüarlar səsləndirirlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə