Dünya şöhrətli DJ Khaled Mayk Taysonla Ümrə ziyarəti üçün Məkkəyə gedib. DJ Khaled təvaf zamanı göz yaşlarını saxlaya bilmədiyi anları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Khaled paylaşdı: "Allah ən böyükdür! Çox yaxşı ki, hamımız burada birini sevirik". Məşhur DJ-in həmin anları sosial şəbəkədə qısa zamanda gündəmə gəlib.
Ehram geyinib Kəbəni təvaf edən məşhur adlardan biri olan DJ Khaled bu zaman duyğulu anlar yaşayıb. Göz yaşlarını saxlaya bilməyən məşhur qeyd edib: "Məkkədə gəzdiyim ikinci gün gözlərimdən yaş axdı, sevinc yaşları. Ömrüm boyu Məkkəyə getmək, dua etmək istəyirdim. Allaha şükürlər olsun. Dünya üçün dua etdim. Daha çox sevgi, daha çox həyat, daha çox sülh, hamımıza daha çox sevinc, daha çox xoşbəxtlik, daha çox sağlamlıq və qorunma dilədim! Allah ən böyükdür! Biz hamımız çox gözəlik burada birini sevirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB