Yasamalda şəhid Kənan Dadaşzadənin ailəsi ziyarət olunub

Yasamalda şəhid Kənan Dadaşzadənin ailəsi ziyarət olunub

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilat əməkdaşları, "B.Bağırova küç.17" (F.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, institutun direktoru Allahverdi Musayev, institutun baş həkimi Azər Əhmədov tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Dadaşzadə Kənan Elman oğlunun ailəsi ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yağı düşmən üzərində şanlı Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Balakişiyev Xəyal kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin də 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi Qələbədə rolu var. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Dadaşzadə Kənan Elman oğlu ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə