KOBİA-da Ulu Öndərin xatirəsi ehtiramla yad olunub

KOBİA-da Ulu Öndərin xatirəsi ehtiramla yad olunub

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) tədbir keçirilib. KOBİA-dan SİA-ya bildirilib ki, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Ümummilli Liderin həyat və fəaliyyətindən, eləcə də sahibkarlığın inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə