"Sülhməramlıların da cavabının verilmə vaxtıdır" -POLİTOLOQ DANIŞDI

"Rusiya sülhməramlıları bölgədə yerləşdirildikləri 11 noyabr tarixindən bəri yalnız təxribatlarla məşğul olub, özlərinin olmayan mandatlarının ziddinə hərəkət ediblər. Sülhməramlılar Qarabağda inşaat işlərinin aparılması, Fəxri xiyabanın salınması, pasportların paylanması, ermənilərin təxribatlarına göz yumulması üçün deyil, bölgədə birgəyaşayışın təşviqi və təhlükəsizliyin təmini üçün yerləşdirildiklərini unudublar. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya MN və DİN kimi rəsmi qurumların saytlarında toponimlərin adlarının yalnış yazılması heç də texniki yalnışlıq deyil, məqsədli şəkildə provokasiyaya təşəbbüsdür: "Əgər müvafiq missiya yerinə yetirilmirsə, əksinə təxribatlar daha da tətiklənirsə, yalnız separatçıların deyil, rus hərbçilərinin də cavabının verilmə vaxtıdır. Bugünə qədər diplomatik sahədə çağırış, xəbərdarlıq, ultimatumların yerini artıq sahədə atılan addımlar əvəzləməlidir. Prezident İlham Əliyevin də bildirdiyi kimi praktiki addımlar 2025-ci ildə qüvvələrin bölgədən çıxarılması ilə atılacaq. O zamanadək isə sülhməramlılar terrorçuların tərk-silah olunması və təmizlənməsi prosesinə vadar olunmalıdır. Ciddi reaksiyalar verilmədikcə Qarabağda Vardanyanların sayı arta, saytlarda təhrif olunmuş toponimlər yazıla, torpaqlarımız şimal qonşusunun şovinizm alətinə çevrilə bilər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə