"İran Azərbaycan dövlətinin güclənməsini istəmir" - POLİTOLOQŞƏRH ETDİ

"İran Azərbaycan dövlətinin güclənməsini istəmir" - POLİTOLOQŞƏRH ETDİ

"İran-Ermənistan əlaqələri təbii ki, I Qarabağ müharibəsi zamanı əməkdaşlıq formatında davam edirdi və İran Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi üçün lazımi dəstəyi verdiyi də hər kəsə məlumdur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, həm sosial, həm informasiya, həm hərbi cəhətdən İran Ermənistana dəstək verirdi: "Biz bunu II Qarabağ mühqaribəsi zamanı da açıq-aşkar şəkildə müşahidə etik. İranın kəşfiyyat xidmətinin Ermənistana məlumatlar ötürdüyü faktlar indi gündəmə gəlir. İran-Ermənistan əlaqələri birbaşa Azərbaycana qarşı yönəlib. İranın Ermənistanla açıq şəkildə dostluğu Azərbaycan qarşı düşmənçiliyin təzahürüdür. Düşünürəm ki, Ermənistan-İran əlaqələrinin bu formatda davam etməsi Ermənistanın iqtisadi blokadada qalmasına, Ermənistan əhalisinə qarşı yönəlir. Çünki Ermənistan nə qədər iqtisadi blokadada qalsa onun sosial, iqtisadi həyatına mənfi təsir göstərəcək.

Amerika tərəfindən Ermənistana ciddi təzyiqlər olarsa İran-Ermənistan əlaqələri müəyyən qədər zəifləyə bilər. Nikol Paşinyanın "manevr siyasəti" İranın aktivləşməsinə səbəb olur. Biz bunu bilməliyik ki, İran Azərbaycan dövlətinin güclənməsinin əleyhinədir. Ona görə də düşmənlərimizlə yaxınlaşmağa cəhd göstərir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə