"Bu proses gələcəkdə də davam etdiriləcək" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
"Azərbaycan Prezidentinin bölgələrimizə hər bir səfəri bölgələrimizin, regionlarımızın, şəhər və kəndlərimizin abadlaşdırılmasına, müasir səviyyədə yenidən quraşdırılmasına və bu ərazilərdə yaşayan insanların həyat şəraitinin yüksəldilməsinə xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəki və Oğuz şəhərlərinə son səfəri də bu siyasətin davamıdır: "Azərbaycanın bölgələri əvvəlki illərdə olduğu kimi, bu il də durmadan inkişaf edir, yeni yollar çəkilir. Yeni infrastruktur layihələri həyata keçirilir. Bu proses gələcəkdə də davam etdiriləcək. Bu gün dünyada baş verən proseslərin, iqtisadi geriləmələrin fonunda Azərbaycan dövləti önə çıxır və öz yeni layihələri ilə insanların həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Eyni zamanda bilirik ki, işğaldan azad edilmiş ərazilərə də büdcədən xeyli sayda vəsait ayrılıb. Bu ərazilər yenidən qurulur. Bu ərazilərlə paralel olaraq Azərbaycanın digər əraziləri də yaddan çıxmır. Bu ərazilərin də inkişafı diqqət mərkəzindədir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, hər səfər zamanı olduğu kimi bu səfərdə də ölkə baçşısı və xanımı Mehriban Əliyeva sadə vətəndaşlarımızın arasında idi, onlarla söhbətləşdi, istək və arzularını şəxsən dinlədilər. Azərbaycan vətəndaşlarının ölkə rəhbərliyinə olan rəğbəti, inamı bu görüş zamanı bir daha özünü büruzə verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB