Ulu Öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi -DEPUTAT DANIŞDI
“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. Sovet dövründə gördüyü işlər Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasına hazırladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, Naxçıvanda ağsaqqal deputat və parlamentin sədri olarkən qəbul edilən qərarlar dövlətimizin bərpası üçün mühim addım oldu: “İlk dəfə olaraq dövlət bayrağı rəsmi şəkildə qəbul edildi.
1993-cü ildə Azərbaycan ümumi böhrana düşdükdə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyət tərəfindən Bakıya dəvət edildi. Ulu Öndər Heydər Əliyevin parlamentin sədri seçilməsi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi, inkişafının açarını tapdı. Hakimiyyətə silahlı yolla çevriliş, suiqəsdlər yolu ilə gəlməyin qarşısını aldı. Ulu Öndər Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının memarıdır. 1993-2003-cü illər Azərbaycanda müasir müstəqil dövlətin qurulması, sabitliyin yaradılması illəri kimi səciyyələndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB