"Ümumi gərginlik lokal yox, iri miqyas alacaq" - HƏRBİ-EKSPERT DANIŞDI
“Son 2 il ərzində Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatını pozmaq və maksimum şəkildə sülh müqaviləsindən yayınmaq məqsədi ilə sülh məramlıların nəzarətində olan erməni separatçılarının yaşadığı ərazilərdə həm də Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində atəşkəsi pozmaqla davamlı şəkildə təxribatlar həyata keçirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli bildirib.

Hərbi-ekspert bildirib ki, son 4 ayda bu təxribatların sayı artıb: “Diqqət yetirsək görərik ki, hər gün bu təxribatların şahidi oluruq. Hesab edirəm ki, bunun qarşısını almaq üçün Ermənistan siyasi iradə nümayiş etdirməli və qərar verməlidir ki, bu proseslər növbəti dəfə müharibənin eyni zamanda irimiqyaslı hərbi əməliyyatların başlamasına səbəb ola bilər. Bu baxımdan Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə imza atmalı, eyni zamanda Qarabağda yerləşən hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxartmalıdır. Əks təqdirdə proses getdikcə dərinləşəcək və gördüyünüz kimi ümumi gərginlik lokal yox, iri miqyas alacaq. Son vaxtlar Qarabağ ərazisinə hərbi texnika cəmləşdirilir. Bu texnikaların ermənilərə məxsus olduğu barədə şübhələr var.
Hesab edirəm ki, bu baş verənlərin qarşısını almaq həm də Rusiyanın üzərinə düşür. Çünki Rusiya tərəf olaraq bəyanata imza atıb. Təbii ki, Qarabağda bu gərginliyin qalmasında və baş verən proseslərdə həm Rusiya, Fransa, eyni zamanda da İran maraqlıdır. Azərbaycan yalnız və yalnız hərbi əməliyyatları işə salmaqla həmin vəziyyəti aradan qaldıra bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB