Nəsimi rayonunda səyyar qəbul keçirilib FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 3 nömrəli sahə inzibati dairəsi ərazisində səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyata keçirilən işləri sakinlərlə müzakirə etmişdir. Mərdanov qardaşları, Rəsul Rza, Ağadadaş Qurbanov, Salatın Əsgərova, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Ak.Əlimərdan Topçubaşov küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər. Sakinlərdən Kəmalə Əzimova, Xatirə Həmidova, Azər Bədirov, Mirsahib Əzizov, Nəzakət Abdullayeva, Müşfiqə Fərziyeva, Sevda Həsənova və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən eyvanın təmir olunması, qurumuş ağacın götürülməsi, küçənin işıqlandırılması, yolun asfaltlanması, dam örtüyünün təmir edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması barədə müraciətlər etmişlər. Qəbulun gedişində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində görülən işlər xüsusi vurğulanmışdır.Qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə