Nigeriya prezidenti Məhəmməd Buhari Rusiya-Ukrayna müharibəsində istifadə edilən silahların Afrikaya sızmağa başladığını bildirib.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Buhari paytaxt Abucadakı Aso Rock Sarayında keçirilən "16-cı Çad Gölü Hövzəsi Komissiyasının Dövlət və Hökumət Başçıları Zirvəsi"ndə çıxış edib. Buhari bəyan edib ki, qeyri-qanuni kiçik və yüngül silahların sürətlə yayılmasının artması region ölkələrinin sərhəd təhlükəsizliyinin canlandırılmasını tələb edir. Afrika ölkələrinin, xüsusilə Çad Gölü hövzəsinin Rusiya-Ukrayna müharibəsindən birbaşa təsirləndiyini vurğulayan Buhari, "Rusiya-Ukrayna müharibəsində istifadə edilən silahlar Afrikaya sızmaqdadır" dedi. dedi. Buhari qeyd edib ki, bu qeyri-qanuni silahların qitəyə yayılması regionda kollektiv sülh və təhlükəsizliyi təhdid etməyə davam edir. Qərbi Afrikanın Sahel bölgəsindəki zorakılıqların Çad gölü hövzəsində Boko Haram terrorunu daha da artırdığına diqqət çəkən Buhari, Boko Haram və digər ekstremist qrupların bölgədəki gücünü qırmaq üçün çox işlər görülsə də, terror təhdidlərinin hələ də davam etdiyini qeyd edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə