"ABŞ Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir" - RAUF ZEYNİ

"Ötən gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib. Danışıqlar zamanı ABŞ Azərbaycan münasibətləri indiki mərhələdə və əlbəttə ki, perspektivdə hansı məsələlər varsa, onlar müzakirə olunub. Düşünürəm ki, ABŞ Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir, neçə illərdir bu münasibətlər həm beynəlxalq əməkdaşlığın bir istiqaməti olaraq, həm ikitərəfli münasibətlərin inkişafı üzrə, eyni zamanda ABŞ-ın və Azərbaycanın maraqları çərçivəsində çox müsbət əməkdaşlıq səviyyəsində davam edir". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

Onun sözlərinə görə, bugünkü mərhələdə regionda çox mürəkkəb bir vəziyyət yaranıb: "İran və Rusiya ilə əlaqədar, bütövlükdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqədar, tarixi zəfər əldə olunandan sonra regionda yaranmış yeni vəziyyətin dəyərləndirilməsi ilə bağlı və bundan sonrakı münasibətlər əməkdaşlıq- tərəfdaşlıq məsələləri bu gün Azərbaycan və ABŞ ictimaiyyətini maraqlandırır. Ona görə də ABŞ həm öz region maraqları ilə əlaqədar olaraq, həm də Azərbaycan bundan sonrakı mərhələlərdə hansı formada əməkdaşlıq etmək və ə ABŞ Azərbaycan münasibətlərinin ABŞ-ın və Azərbaycanın maraqlarına uyğun faydalanmaq istiqamətində düşüncələr bu gün də ictimaiyyət tərəfindən tərəfindən müzakirə olunur.

Mən belə fikirləşirəm ki həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində, həm regionda sülhün, stabilliyin, sabitliyin təmin olunması məsələsində, həm iqtisadi məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq etmək, Azərbaycanın bu günləri beynəlxalq logistika mərkəzinə çevrilməsi, Zəngəzur dəhlizinin həll olunması məsələsi və digər məsələlərdə təbii ki, ABŞ-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var. Düşünürəm ki, tərəflər arasında olan danışıqlar zamanı bu kimi məsələlər çox böyük aktuallıq kəsb edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə