2023-cü ildə Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək
Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.
SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Heydər Əliyev Mükafatı Komissiyası və Prezident Administrasiyası icraçı qurum kimi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB