Kəlbəcər yenidən cənnətə çevriləcək ŞƏRH

Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşmüşdür. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, xəstəxana , tibbi məntəqələri, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmışdır.Məlum olduğu kimi, 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi .Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 30-ilə yaxın düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi.Tarixi ədalət bərpa edildi. Azərbaycan özü, öz gücünə 30 il sürən ədalətsizliyə son qoydu.10 noyabr 2020-ci il tarixində Azərbaycan , Ermənistan və Rusiya dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.Bəyanatın imzalanması ilə Azərbaycanın qələbəsi tam olaraq rəsmiləşdirildi.Bəyanatın 6-cı maddəsinə əsasən Kəlbəcər rayonu 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Beləliklə,25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid verilmədən işğaldan azad edildi.

Vətən müharibəsi zamanı da mənfur düşmən beynəlxalq qanunlara məhəl qoymur, qanunları kobud şəkildə pozaraq mülkü əhalini hədəf alırdılar. Məğlubiyyətlə barışmaq istəməyən ermənilər Azərbaycan torpaqlarını tərk edərkən evlərlə yanaşı meşələri də yandırdılar. Bütün bunlar ermənilərin əsl simasını, onların vandallıqda sərhəd tanımadıqlarını nümayiş etdirən əlamətlərdir.Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə o cümlədən Kəlbəcər rayonunda da genişmiqyaslı tikinti quruculuq işlərini aparılır. Kəlbəcər şəhərinin Baş planıb artıq Dövlət başçımıza təqdim edilib. Baş plana əsasən ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir.Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Dövlət başçımız Kəlbəcər rayonuna səfəri zamanı Kəlbəcərdə aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcəyini və bu ancaq Kəlbəcər şəhərinin Baş planı olduğunu bildirmişdir. Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, Kəndlərin yenidən qurulması konsepsiyası hazırdır və biz bunu icra edəcəyik.Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrn 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğurunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Qısa zamanda işğaldan azad edilmiş ərazilərdə görülən işlərə nəzər saldıqda əminliklə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq və Kəlbəcərimiz yenidən cənnətə çevriləcəkdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə