"Qeydiyyatsız yaşayış evləri ilə bağlı bir sıra problemlər var" - RAUF ƏLİYEV
“Xəzər rayonunda qeydiyyatsız yaşayış evləri ilə bağlı bir sıra problemlər var”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Xəzər rayonunda 15 min, Pirallahıda isə 1500 qeydiyyatsız ev var: “Biz, problemlə bağlı aidiyyatı qurumlara müraciət etsək də, onlar da haqlı olaraq vətəndaşların bu ərazilərdə qeydiyyatsız yaşadığını qeyd edirlər. Problemin həll olunmasını təklif edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB