"Ukrayna hərbi yardımlar nəticəsində güclənir" - EKSPERT ŞƏRH ETDİ

"Ukrayna hərbi yardımlar nəticəsində güclənir" - EKSPERT ŞƏRH ETDİ

"Bu gün Rusiya-Ukrayna müharibəsinin 274-cü günüdür. Son günlər müharibə daha da şiddətlənib. Rusiya qoşunları Ukraynanın əsas strateji obyektlərini sıradan çıxarıb. Artıq Kiyev, Xarkov gecələr zülmətə qərq olur. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Ukraynada elektrik stansiyalarının əksəriyyəti Rusiyanın raket zərbəsinə məruz qalıb: "Kiyevin meri bəyan etdi ki, belə davam edərsə biz əhalini qışı keçirmək üçün çıxarmağa məcbur olacayıq. Çünki təxminən şəhərin 30-40% elektrik işığı ilə təmin olunmur. Rusiyanın apardığı bu vəhşi müharibədən törənən hallardır. Lakin qeyd etmək lazımdır ki, ABŞ, Avropa ölkələri Ukraynanı bu müharibədə dəstəkləyir və hərbi yardım göstərir. Siyasi ekspert qeyd edib ki, ABŞ bu günə kimi 60 milyarddan çox Ukraynaya hərbi yardım göstərir: “Növbəti 400 milyon dollar yardım Ukraynaya köməkdir.

Bayden artıq orta mənzilli raket olan, dəqiq zərbə endirən müasir silah “Himers”in istifadəsinə icazə verib. Hesab edirəm ki, müharibənin yenidən şiddətlənməsi gözlənilir. Bu günlərdə İngiltərənin yenidən seçilmiş baş naziri Sunak, prezident Zelinski ilə görüşdü. Görüşün nətiəsi olaraq, İngiltərə Ukraynaya yeni raket sistemləri göndərməyi vəd etdi. Eyni zamanda 2023-cü ilə Avropa İttifaqı Ukraynaya18 milyard dollar ayırmağı planlaşdırır. Hesab edirəm ki, bu vəsaitlər hesabına Ukrayna öz torpaqlarını azad edir.

Müharibənin dönüş nöqtəsi Xerson oldu. Artıq Xerson şəhəri azad edilib. Ətraf rayonlar, o cümlədən Domensk uğrunda döyüşlər gedir. Ukrayna ordusu Rusiyanın Belqrad şəhərində, Krımda hərbi obyektləri hədəf alıb. Düşünürəm ki, Rusiya artıq zəifləyib, Ukrayna ordusu güclənib. Yaxın gələcəkdə hərbi yardımlar nəticəsi olaraq Ukrayna öz ərazilərini işğalçılardan azad edəcək”.

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə