Züvüç kəndində şəhid Şahin Tahirlinin anım mərasimi keçirilib

Züvüç kəndində şəhid Şahin Tahirlinin anım mərasimi keçirilib

Bu gün Lerik rayonunun Züvüç kəndində Vətən müharibəsi şəhidi Tahirli Şahin Afat oğlunun anım mərasimi keçirilib. Mərasimdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov,YAP Lerik rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə,təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları , və şəhidin ailə üzvləri iştirak etmişlər.Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib ,önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda, 1-ci Qarabağ müharibəsi şəhidi Ağayev Lətif Xeyrulla oğlunun da məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yed edilib.

Xatırladaq ki, şəhid Tahirli Şahin 17 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. 2018-ci ildə məktəbi başa vurduqdan sonra Mingəçevir Turizm Kollecinə qəbul olur. 2019-cu ilin oktyabr ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir. Vətən müharibəsində qəhrəmanlıqla iştirak edir və yüksək şücaətlər göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində döyüşən Tahirli Şahin 7 noyabr 2020-ci il tarixində Şuşanın Daşaltı kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. 23 noyabr 2020-ci ildə Lerik rayonunun Züvüç kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Tahirli Şahin ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə