"Azərbaycanla İsrail arasında lobbi əməkdaşlığı mövcuddur" - POLİTOLOQ ŞƏRH ETDİ
"Bu gün İsrail və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə davam edir. Bu əlbəttə ki, təkcə siyasi sahədə deyil, həm də siyasi-iqtisadi, hərbi, təhlükəsizlik, mədəniyətt, elm-texnologiya, səhiyyə sahələrini əhatə edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, istər İsrail dövlətində, istərsə də Azərbaycan dövlətində qarşılıqlı şəkildə davam edən münasibət hökumətlərin dəyişməsindən asılı olmayaraq inkişaf edir: "Bu əlaqələr hər gün biraz daha da inkişaf etdirilir. 1993-cü ildən Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir. Azərbaycan isə bir neçə gün əvvəl İsraildə səfirliyini təsis etməklə bağlı qərar verdi. Bununla bağlı artıq hüquqi baza formalaşdırılıb. Düşünürəm ki, yaxın zamanlarda İsrailin paytaxtında Azərbaycan səfirliyi fəaliyyət göstərəcək. Bundan əlavə Azərbaycanla İsrail arasında həm də lobbi əməkdaşlığı mövcuddur. Qeyd edim ki, bu gün dünyada ən çox inkişaf etmiş və ən nüfuzlu lobbilərdən biri də yəhudi lobbisidir. Bu lobbinin Azərbaycanla əməkdaşlığını hər daim hiss edirik.
Həmçinin yəhudilərin Aərbaycanda yaşaması faktı da var ki, bu gün yəhudilər Azərbaycanı öz vətənləri kimi bilirlər. Bu xoş bir haldır. İstər Birinci Qarabağ müharibəsində Albert Aqarunov kimi milli qəhrəmanlarımızın olması, istər İkinci Qarabağ müharibəsində yəhudi əsilli Azərbaycan vətəndaşlarının iştirak etməsi, canlarını vətən üçün fəda etməsi xüsusi əhəmiyyət daşıyır. Nəzərə alaq ki, II Qarabağ müharibəsində İsrail Azərbaycana silah-sursat və hərbi texnika baxımından ciddi dəstək göstərdi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində bu dəstəyin rolu da mühümdür. Ona görə də İsrail-Azərbaycan əlaqələrini elə məhz bu prizmalara baxaraq qiymətləndirməliyik. Düşünürəm ki, növbəti illərdə bu əlaqələr daha da yüksələn xətt üzrə inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB