"İran regionda dəyişən geosiyasi balansı qəbul etmək istəmir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Son günlər İran-Azərbaycan əlaqələrinin zəifləməsi məhz Tehranın apardığı antiazərbaycan siyasətinin tərkib hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə İran regionda dəyişən geosiyasi balansı qəbul etmək istəmir: "Ona görə də bu xüsusda Azərbaycana qarşı isterik siyasət həyata keçirir. Biz bunu hərbi, siyasi sahədə, həmçinin informasiya sahəsində də görürük. Onlar Azərbaycana qarşı bütün cəbhələrdə savaş açıblar. Bu hibrid müharibənin bir nümunəsidir.
Düşünürəm ki, İran ümumiyyətlə Azərbaycanın bütövlüyünü qəbul etmək istəmir və bunu açıq şəkildə büruzə verir. Azərbaycan-İran münasibətləri artıq normal qaydada davam etməyəcək. İran II Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı elə bir mövqe sərgiləyir ki, bu da ikitərəfli münasibətlərin normallaşmasına imkan vermir. Ola bilər ki, müəyyən dövr ərzində sakitlik olsun. Lakin İran Azərbaycana qarşı terror təxribatı yaradır. Dövlət televiziyalarında, saytlarında Azərbaycana qarşı qara piar formalaşdırır. Təbii ki Azərbaycan buna qarşı adekvat cavablar verir. Düşünürəm ki, Amerikanın Azərbaycanın yanında olması İranın bu hərəkətlərini neytrallaşdıracaq. Hesab edirəm ki, İranın bu siyasəti Azərbaycana təzyiq göstərə bilməyəcək. Əksinə İranın öz əleyhinə işləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB