YAP-ın 30 illik yubileyi münasibəti ilə Yasamal rayonunda silsilə tədbirlər davam edir ŞƏRH
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “B.Vahabzadə küç.68” (AMEA İdaretmə Sisitemləri İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA İdaretmə Sisitemləri İnstitutunun baş direktoru Əli Abbasov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “B.Vahabzadə küç.68” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zülalə Cəbiyeva və ərazi partiya təşkilatının nümayəndələri iştirak edib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə video çarx nümayiş olunub. İştirakçıları salamlayaraq tədbiri açıq elan edən AMEA İdaretmə Sisitemləri İnstitutunun baş direktoru Əli Abbasov tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd etdi. Vurğulandı ki, öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Çıxış edən Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib. Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü haqqında danışarkən, ilk növbədə, dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən keçir, ulu öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir. 30 ildə Yeni Azərbaycan Partiyasının uğurları, qələbələri hər kəsin gözü önündə olub. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt xalqımızın partiyamıza olan sevgisini günbəgün artırıb. Bunun da məntiqi nəticəsi Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gündə doğma torpaqlarımızı düşmən tapdağından azad edilməsi və regionda yaranan yeni reallıqlardır. Çıxışının sonunda B.Nəbiyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə partiya üzvlərini təbrik etdi.B.Vahabzadə küç.68” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zülalə Cəbiyeva qeyd etdi ki, sözlə əməl birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir.
Tədbirinin sonunda ərazi üzrə partiya təşkilatının üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB