“Albaniya səfərinin ən böyük səbəblərindən biri...” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Albaniya səfərinin ən böyük səbəblərindən biri...” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Albaniyaya səfəri dünya mətbuatının gündəmindədir. Albaniyanın Azərbaycan torpaqlarını həm işğal, həm də Vətən müharibəsi dövründə müdafiə etməsi və rəsmi dəstəyi ölkə üçün çox önəmlidir. Ölkələrarası bu münasibətlər hər iki ölkənin iqtisadi inkişafı və xarici qüvvələrə qarşı qüvvətlənməsi baxımından da vacibdir ”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyəli politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev düzgün siyasət yürüdərək xalqının rifahı və daha gözəl sabahlara çıxmasına şərait yaradıb: “Bu ziyarətlərdən gələcəkdə bütün dünya dövlətləri örnək alacaq və tarixə dərin bir iz buraxacaq”.

Hakan Aktürk sözlərinə belə davam edib: “Albaniya səfərinin ən böyük səbəblərindən biri enerji təhlükəsizliyində Azərbaycanın rolunun böyüməsidir. Trans-Adriatik boru xətti hər iki ölkənin həm ticari, həm də dostluq münasibətlərini inkişaf etdirir. Hər iki ölkənin prezidentlərini uğurlu siyasət apardıqları üçün təbrik edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə