"Rusiya bütün dünya ilə müharibə apara bilməz" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Rusiya Ukrayna müharibəsində son durum ondan ibarətdir ki, Ukraynanın hərbi əməliyyatlarından sonra Rusiya Xersonu təhvil verdi. Bu Rusiya üçün cəbhədə uduzmaqdır və kökü ondan ibarətdir ki, bu günləri Rusiya yanlız Ukrayna ilə yox, bütün Qərb ölkələri ilə müharibə aparır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, müharibənin şiddətlənməsi hələ qabaqdadır: "İqtisadi tərəfdən Rusiya uduzub, vəziyyət gündən-günə pisləşir və sanksiyalar öz təsirini göstərib. Rusiyaya beynəlxalq arenada böyük təzyiqlər göstərilir. Təxminən Rusiyada 326 min adam orduya çağırılıb və təqribən bu qədər insan da oranı tərk edib. Bütün bunlar ona gətirib çıxarır ki, Rusiya qeyd edib ki, insan resursları tərəfindən də rəsmi formada 1,4 faiz işlək insanların sayı azalıb. Bu da iqtisadiyyata böyük təsir göstərəcək".
Deputat sözlərinə belə davam edib: "Mən düşünürəm ki, G20 yığıncağında Rusiya kəskin şəkildə tənqid olunacaq. Buna dözmək gündən-günə Rusiya üçün çətinləşir. Tezliklə sülh danışıqlarnın baş tutacağına inanmıram. Rusiya buna gedə bilməyəcək. Çünki Ukrayna Rusiyaya qəti şərtlər qoyub. Əgər Rusiya buna getsə öz daxilində böyük iğtişaşlar başlayacaq, Putinin hakimiyyəti də sual altında qalacaq. Burada iki seçim var. Ya Rusiyanın aparıcı qüvvələri çevriliş edərək Putini hakimiyyətdən salacaqlar, ya da mühabə getsə Putin özü uduzduğunu hiss edib hakimiyyətdən gedəcək.
Məncə, müharibənin daha aydın sonu təxminən gələn ilin yazına yaxın bilinəcək. Bütün dünya iqtisadi və sosial formada əziyyət çəkir. Təsəvvür edin ki, Avropada enerji qiyməti 4 dəfə artıb. Buna nə iqtisadiyyat, nə də biznes dözmür. Baxmayaraq ki, Aİ çalışır ki, onlara maliyyə köməkliyi göstərsin, amma yenə də vəziyyət yaxşı deyil. Bütün bunlar sosial partlayışa gətirib çıxarır. Səbrlə gözləmək lazımdır.
Dünyada gedən inflyasiya problemi gündən-günə öz təsirini göstərir. İnsanların maliyyə durumu get-gedə geriləyir. Bu da Qərbdə sosial problemlərə gətirib çıxaracaq. Onlar da təzyiq edə bilər ki, müharibə müvəqqəti də olsa dayandırılsın. Çünki inflyasiya böyük problemdir. Rusiya-Ukrayna müharibəsi bir daha təsdiq etdi ki, Rusiya bütün dünya ilə müharibə apara bilməz".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB