"Azərbaycan hər zaman İran və Fransaya xoş məramını nümayiş etdirib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Mən, Qarabağ müharibəsindən sonrakı və əvvəlki geosiyasi vəziyyəti təhlil edərkən, çox təzadlı münasibətlər müşahidə edirəm. Bu 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən səsvermələrdə iştirak edən İran və ATƏT həmsədrlərindən olan Fransa zəfərdən sonra sanki ciddi narahatlıq yaşayırlar. Təbii ki, bizdə bütün bunlar əvvəlcədən təxminlərlə də olsa hesablanmışdı. Bəlli idi ki, bütün dövlətlər Azərbaycanın qələbəsini dəstəkləməyəcək və sevinməyəcəkdi. Biz bunu 44 günlük savaşın hər günü dünya mətbuatında gedən çıxışlar və rəsmi mövqelərdən aydınlaşdırmışdıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, indi bir daha bütün ictimaiyyət də gördü ki, niyə münaqişə 30 il müddətində həll olunmayıb: "Hazırda Fransa və İran elə bir mövqe nümayiş etdirirlər ki, sanki Ermənistanla deyil, bu iki ölkə ilə müharibə olub. Bu məqamda təbii ki, Ermənistan hakimiyyətinin də rolu böyükdür. Əgər Nikol Paşinyan vahid bir mövqe nümayiş etdirsəydi, bu gün sülhdən və dislokasiyadan yox, qarşılıqlı əlaqələrin bərpasından danışardıq. Mən düşünmürəm ki, Ermənistan hakimiyyəti özü sərbəst qərar qəbul edib, problemin həllinə çalışacaq iqtidardadır".
Deputat sözlərinə belə davam edib: "Hazırda İran Zəngəzur dəhlizinə və dislokasiyaya mane olan dövlətlərdən biridir. Amma Fransa senatının bu qərəzli və mənasız, hüquqa zidd sənədinə Azərbaycan da öz cavabını verməli idi. Münaqişəni uzadanlar artıq gizli deyil, açıq-aşkar niyyətlərini ifadə edirlər. İranın strateji marağı çox güman ki, Fransa hökumətinin də maraqları ilə üst-üstə düşür. Bu dövlətlər Ermənistanın işğalında olan Azərbaycan torpaqlarından bu günə kimi faydalanıblar, indi də istəmirlər əllərindən çıxsın. Bu, birbaşa elə Fransanın və beynəlxalq hüquq çarcısı olan dövlətlərin iştirakı ilə qəbul olunmuş konvensiyalar bir sözlə beynəlxalq hüquqa ziddir. Tarixə nəzər salsaq, Fransanın törətdiyi qətliam və faciələri də qabarda bilərik. 100 illər əvvələ qədər öz qonşularına qarşı terror törətmiş bir dövlətin əqidə və məramca özünə yaxın olan Ermənistanı dəstəkləməsi də adi haldır. İranın isə dünyada törədilən əksər terror aktlarında adı çəkilir, terror təşkilatlarını yaratmaq və maliyyələşdirməkdə ittiham olunur. İllərdir ki, Qərbin İrana qarşı aqresiyyası da bununla bağlıdır.
Bu gün bütün dövlətlərlə münasibətlər yaratmaqda qarşılıqlı, xoş niyyətli ittifaqlar qurmaqda olan Azərbaycan hər zaman İran və Fransaya xoş məramını nümayiş etdirib. Hətta onların əzəli düşməni olan Böyük Britaniya və İsraillə də münasibətlərdə bitərəfliyini qoruyub.
Hazırda ölkəmizdə 300-ə yaxın Fransa şirkəti fəaliyyət göstərir. Mən düşünürəm ki, Fransa hökuməti Azərbaycanın firəngli biznesmenlərə yaratdığı şəraiti də nəzərə almalı idi".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB