Yaponiyanın paytaxtı Tokioda naməlum səbəblərdən qatar relsdən çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzadan sonra bəzi qatarların hərəkəti dayandırılsa da, relsdən çıxan qatarın boş olması fəlakətin qarşısını alıb.
Qəzaya görə Çiba əyalətində Keisei-Ueno və İçikavamama stansiyaları arasındakı xəttdə xidmətlər müvəqqəti olaraq dayandırılıb. Keisei-Takasaqo və Şin-Kamaqaya stansiyaları arasında sürətli qatarların hərəkəti də dayandırılıb.
Qəzanın dəqiq səbəbləri məlum olmasa da, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB