Müzəffər Ali Baş Komandanın Şuşadakı çıxışından düşmən nəticə çıxarmalıdır!
Şuşadakı çıxışında Prezidentin 13-14 sentyabr hadisələrinə qiymət verərkən ilk dəfə açıqladığı məqamlar da əsas diqqət yetiriləcək mühüm məqamlardan biridir: “Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik”. Məlumdur ki, Ermənistan sərhəd təxribatında aldığı sarsıdıcı zərbədən sonra hay-küy qaldırdı və Avropa Birliyinin və ATƏT-in missiyasını sərhədə gətirməyə məcbur oldu, üstəlik havadar dövlətlər də Azərbaycana qarşı təzyiqlər etməyə cəhd göstərdi. Bu məsələdə isə əsas “yükü” Fransa prezidenti Makron üzərinə götürdü. Azərbaycanı suçlu çıxarmağa cəhd etdi. Prezident Əliyevin məhz sərhəd təxribatından danışarkən “banlamaq” ifadəsini işlətməsinin səbəbi də aydındır. “Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz”. Prezident çıxışının bu hissəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olduğunu da əlavə etdi: “Biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.
Nəhayət, Prezident Əliyev Ermənistana şərtlərini də bu cür ümumiləşdirdi: “Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.Prezidentin Şuşadakı çıxışından bir neçə saat sonra noyabrın 8-i axşam Azərbaycan Ordusunun Kəlbəcər və Tovuz rayonundakı mövqeləri bir neçə saat müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərini də atəşə tutub. Sərhəddə daima bu cür gərginliklər olsa da, Qarabağda sülhməramlıların məsuliyyət zonasında bu ilin avqustunda Azərbaycan əsgərinin Laçında şəhid edilməsindən sonra ilk belə atəşkəs pozulmasıdır. Prezidentin dörd paytaxta (İrəvan, Tehran, Paris və Moskvaya) mesaj çıxışından sonra həm sərhəddə, həm Qarabağda atəşkəsin pozulması o anlama gəlir ki, mesaj öz sahiblərinə çatıb.Dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edərək İkinci Qarabağ müharibəsinə kimi Ermənistanın işğalçılıq siyasətini ifşa edilməsindən, beynəlxalq müstəvidə çox fəal işin aparılmasından, həmçinin Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələrdən və Ermənistanın bəzi xarici havadarlarının Azərbaycana qarşı fəaliyyətindən və digər məsələlərdən danışdı, önəmli mesajlar verdi.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB