"Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır" - TURAL GƏNCƏLİYEV

"Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır" - TURAL GƏNCƏLİYEV

"Bu sənədi anti-azərbaycan sənədi olaraq rədd edirik. Bu beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır". SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, ölkələrin daixli işlərinə qarışmamaq beynəlxalq hüququn ən ündə prinsiplərindən biridir: "Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır. O, beynəlxalq hüququn mənbələrinə ciddi zərbə vurur. Biz Azərbaycan olaraq sülh istəyirik. Fransa senatının bu sənədi nəinki sülhə yardım edir, həm də normallaşma prosesinə ciddi xələl gətirir.

Senatının qətnaməsi də hüquqi cəhətdən absurddur. Çünki Azərbaycan öz ərazisindən qoşunlarını çəkib çıxara bilməz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə