"Fransanın Azərbaycanı humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıqdır” - DEPUTAT ŞƏRH ETDİ
“50-dən artıq dövlətin ərazisini işğal edən Fransanın Azərbaycanı humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıqdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Fransa parlamentinin yuxarı palatası – Senatın növbəti dəfə Azərbycan əleyhinə qətnamə qəbul etməsi beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlikdir: "Aydındır ki, bu sənəd də Senatda qeydiyyata alınmazdan öncə Yelisey sarayına göndərilib və təsdiqlənib. Amma Fransa prezidenti Emmanuel Makron bu dəfə də ənənəsinə sadiq qalaraq, parlamentin üzdəniraq qərar qəbul etməsindən öncə Azərbaycan Prezidentinə zəng edərək “Fransanın tərəfsiz vasitəçiliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istəyi” mövzularında imitasiya etdi. Bu, ilk deyil. Senat 25 noyabr 2020-ci ildə, parlamentin aşağı palatası olan Milli Assambleya isə 3 dekabr 2020-ci ildə Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Ümumiyyətlə, Makronun hakimiyyətə gəlişindən sonra Fransanın “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizinin deqradasiyaya uğradığı, yalnız xristianlar üçün keçərli olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Bu ölkədə tüğyan edən irqçi, azərbaycanfob, türkofob və islamofob faktlar fonunda azadlıq kimi fundamental dəyərlərə münasibətdə selektiv yanaşma tətbiq olunur.
Maraqlıdır ki, Azərbaycanla Fransa arasında 20 dekabr 1993-cü ildə “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb və son qətnamələr həm də bu müqaviləni pozur.
Fransada yaşayan radikal erməni qrupları Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə vandalizm əməlləri törədib, Fransa tərəfi bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Bu, açıq şəkildə erməni vandalizmini himayə etməkdir. Azərbaycana qarşı açıq düşmənçilik mövqeyidir.
Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də vaxtı ilə həmsədrlərdən biri olan Fransanın “status-kvo”nu qoruyub saxlamaq cəhdi idi. 50-dən artıq dövlətin ərazisini işğal edən Fransa bu gün Azərbaycanı müharibə cinayətlərində, humanitar hüququ pozmaqda ittiham edə bilməz, Bu, həm riyakarlıq, həm də dünya ictimaiyyətini ələ salmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB