"Azərbaycan Albaniya əlaqələri özünün inkişaf dövrünü yaşayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Albaniya əlaqələri özünün inkişaf dövrünü yaşayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Albaniya əlaqələri özünün inkişaf dövrünü yaşayır". Bunu SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Albaniyanın dövlət başçıları Azərbaycanda dəfələrlə səfərdə olublar: "Azərbaycan Prezidenti cənab İlham Əliyev isə ilk dəfə bu gün Albaniyada səfərdədir. Ölkə başçımızın səfəri ölkələrimizarası münasibətlərin inkişafına yeni impuls verəcək.

Albaniya ATƏT-in hazırdakı sədri və BMT TŞ-nın qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və təmsil olunduğu beynəlxalq təşkilatlarda hər zaman yanımızda olub. İqtisadi əməkdaşlığımız 5 milyon dollar ticarət dövriyyəsi ətrafındadır. Amma ölkələrimizarası iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür".

Deputat sözlərinə belə davam edib: "Albaniya TAP-ın iştirakçısıdır və bu ölkənin coğrafiyası CQD-nin şaxələndirilməsinə imkan verir. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora çevrilib. Albaniya Avropa birıliyin daxil olmasa da münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.

Ölkə başçımızın səfəri çərçivəsində bir çox spektrlərdə əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcək yeni sənədlərin imzalancağı da gözləniləndir. Dünyada dostlarımızın sayı artdıqca ölkəmizin siyasi-iqtisadi gücü artır, mövqelərimiz güclənir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə