YAP Azərbaycanda gedən quruculuq işlərində yaxından iştirak edib

YAP Azərbaycanda gedən quruculuq işlərində yaxından iştirak edib

“Bayram münasibətilə Yeni Azərbaycan Partiyasının bütün rayonlarında olduğu kimi Səbail rayonunda da möhtəşəm tədbir keçiriləcək”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında YAP Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib.

Onun sözlərinə görə, bu gün burada olan hər kəsi təbrik edirəm: “YAP-ın yarandığı dövrdən bu günə qədər Azərbaycanda gedən quruculuq işlərində çox yaxından iştirak edib. Azərbaycan ictimai-siyasi vəziyyətin stabilləşməsi üçün Yeni Azərbaycan Partiyasının üzv fəalları çox yaxından iştirak edir. Azərbaycanın bütün sahələrində demək olar ki, YAP-ın çox böyük töhvələri var.

YAP öz imkanlarından istifadə edərək, hər zaman xalqın yanında olub. Partiyamızın sədrinin verdiyi tapşırıqları da hər zaman layiqincə yerinə yetirməyə çalışırıq. Bütün görülən işlərlə də xalqımızın bizə olan etimadınə doğrultmağa çalışırıq. Bir daha partiya üzvlərini təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da YAP-ın bütün üzvləri xalqın rifahı üçün çalışacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə