Qlobal böhran şəraitində Azərbaycan iqtisadi inkişaf tempini artırır - ANALİZ
Cənubi Qafqaz ÜDM-i: Gürcüstan “mənfi”yə keçdi, Ermənistan autsayder, Azərbaycan müsbət siyahıdadır
Son günlərdə bir sıra aparıcı beynəlxalq maliyyə institutları və reytinq agentlikləri dünya ölkələri, o cümədən postsovet ölkələrinin iqtisadiyyatı ilə bağlı proqnozlarını pisləşdiriblər. Ukraynadakı müharibə, Rusiya və Belarusa sanksiyalar təzyiqi, ticarət və nəqliyyat əlaqələrinin azalması, yüksək inflyasiya, sənaye istehsalının azalması- bu, Şərqi Avropa və Qafqaz regionunda ölkələrin iqtisadi tonunu aşağı salan amillərin tam siyahısı deyil. Buna baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bir gün əvvəl açıqladığı proqnozlara əsasən, Azərbaycan regionda 2022-ci ildə ÜDM artımının ən yüksək dinamika nümayiş etdirdiyi yeganə ölkə olaraq qalır. Dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı “Caliber” analitik mərkəzinin beynəlxalq maliyyə-iqtisadi təşkilatların hesablatlarına əsasən hazırladığı iqtisadi təhlili oxucularımıza təqdim edirik.
Ardıcıl 2 aydır dünya ekspert icması bu il dünya iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı mənfi mülahizələrini bildirir. Təəssüf ki, qlobal ÜDM-in ötən il əldə etdiyi yüksək artım templərini həm Ukrayna ətrafında kəskin şəkildə dəyişmiş geosiyasi vəziyyət, həm də enerji, ərzaq, xammal böhranı, yüksək inflyasiya və bəzi ölkələrdə təkrar defolt təhlükəsi ilə bağlı bir sıra digər amillər səbəbindən saxlamaq mümkün deyil. Bəli, bəzi analitiklər bu ilin sonuna qədər 1998 və 2008-ci illərin qlobal maliyyə böhranlarına bənzəyən hadisələri proqnozlaşdırırdılar. Öz növbəsində, kollektiv Qərblə Rusiya arasında ticarət və nəqliyyat əlaqələrinin pozulması və qarşılıqlı sanksiyalar fonunda yanacaq və neft məhsulları bazarında kəsir artır, sement və digər tikinti materialları, taxıl, yağ və digər ərzaq məhsulları, pambıq xammalı və geyim getdikcə bahalaşır və bütün bunlar ümumilikdə qlobal inflyasiyanın çarxını daha da fırladır.
Belə ki, “Microsoft”un qurucusu Bill Qeyts Bloomberg-ə verdiyi şərhdə bir gün əvvəl Ukraynadakı hərbi əməliyyatlar səbəbindən qlobal iqtisadiyyatın ləngidiyi barədə xəbərdarlıq edərək, müharibə və sanksiyaların yaratdığı problemlər fonunda ABŞ-ın mərkəzi bankları , Böyük Britaniya, Hindistan və dünyanın bir sıra digər aparıcı iqtisadiyyatları inflyasiyanın azaldılması üçün yenidən maliyyələşdirmə üçün uçot dərəcəsini artırmağa məcburdurlar. Bu isə istər-istəməz borc vəsaitlərinin bahalaşmasına səbəb olur və biznes dairələri üçün investisiya və biznes fəallığını ləngitmək üçün siqnal rolunu oynayacaq. Mövcud geosiyasi böhran hələ tam başa çatmamış pandemiya fonunda baş verir, Qeyts hesab edir ki, dövlət borcunun çox yüksək səviyyəsi, eləcə də tədarük zəncirlərində davam edən problemlər fonunda iqtisadi artım da yavaşlayır.
Təəccüblü deyil ki, yuxarıda göstərilən faktları nəzərə alsaq, Beynəlxalq Valyuta Fondu (BVF) bu yaxınlarda 2022-ci ildə qlobal iqtisadi artım proqnozlarını əvvəlki gözləntilərdən 0,8 faiz bəndi azaldaraq 3,6%-ə endirdi. Dünya Bankı (DB) 2022-ci ildə qlobal ÜDM-in artım tempini 4,1%-dən 3,2%-ə endirib.
Tamamilə aydındır ki, Ukraynadakı müharibənin ən kəskin nəticələri, iqtisadi sistemlərinin qarşılıqlı asılılığını və ticarət əlaqələrinin yüksək səviyyəsini nəzərə alsaq, postsovet regionu ölkələrinə təsir edir. Avropa Yenidənqurma və İnkişaf Bankının bir gün əvvəl yenilənmiş hesablamalarında deyilir ki, “AYİB 2022-ci ildə Rusiyanın ÜDM-nin 10% azalacağını və 2023-cü ildə sıfır dinamika proqnozlaşdırır”. Bundan başqa, 2022-ci il üçün proqnozlara görə, Ukraynanın ÜDM-nin çökməsi daha da pisləşəcək və 30%-ə çata bilər, Belarusun sanksiyalara məruz qalan iqtisadiyyatı isə ilin sonuna qədər 4% azalacaq və gələn il də artım tempi sıfır sərhədlər daxilində qalacaq”.
Bu cür qiymətləndirmələrin obyektivliyi kifayət qədər yüksəkdir, xüsusən də AYİB-in bütövlükdə Rusiya iqtisadiyyatı ilə bağlı proqnozları Rusiya Federasiyası Mərkəzi Bankının cari il üçün ÜDM-in aşağı düşəcəyini göstərən hesablamalarına uyğun gəldiyi üçün kifayət qədər yüksəkdir. Bi il 10%, gələn il 0% -dən 3%-ə qədər azalma və yalnız 2024-cü ildə artım gözlənilir.
Ümumiyyətlə, bir sıra digər beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin postsovet regionunun digər ölkələri üzrə proqnozları da eyni dərəcədə bədbindir. Xüsusilə, DB-nin Qazaxıstan iqtisadiyyatının inkişaf tempinə dair proqnozu may ayında bir qədər yaxşılaşaraq 2,3% təşkil etsə də, hələ də ilin əvvəlinə olan proqnozlardan 3,7% geri qalır. Öz növbəsində Asiya İnkişaf Bankı (AİB) Qırğızıstan iqtisadiyyatının inkişaf göstəricilərini 2 faizə endirib. Bu Mərkəzi Asiya dövlətlərinin hər ikisi Rusiya ilə sıx iqtisadi, investisiya və maliyyə əlaqələri, o cümlədən ticarət mübadiləsində rublun yüksək payına malikdir və həmçinin Rusiya Federasiyası ərazisindən tranzitdən çox asılıdır. Nəhayət, BVF qonaq işçilərdən gələn pul köçürmələrinin həcmi və Rusiyadan maliyyələşmə, habelə ticarətin azalması, təchizat zəncirində daha çox pozulmalar, istehlak və investisiyaların azalması səbəbindən Özbəkistanın ÜDM üzrə proqnozlarını 6%-dən 3%-ə endirib.
Dünya Bankı, AİB və BVF ekspertləri bu il Rusiya iqtisadiyyatı üçün son dərəcə mənfi ssenari ilə razılaşırlar, buna görə də Rusiyadakı böhranın multiplikativ təsiri səbəbindən bu 3 Mərkəzi Asiya ölkəsində ÜDM-in artım tempini azaltmağa məcbur olublar.
BVF-nin bu yaxınlarda dərc olunmuş məlumatlarına görə, qonşu Gürcüstanda ÜDM artımı 3,2% səviyyəsində proqnozlaşdırılır ki, bu da ilin əvvəlinə olan proqnozlardan xeyli azdır. Həmçinin bu yaxınlarda beynəlxalq reytinq agentliyi Moodys Gürcüstanın reytinqləri üzrə proqnozu "stabil"dən "neqativ"ə dəyişib. Ən pis vəziyyət Cənubi Qafqazın əbədi autsayderi- Ermənistanla bağlıdır. Beləliklə, BVF ekspertləri bu il Ermənistan iqtisadiyyatının anti-Rusiya sanksiyaları, Qara dənizdə nəqliyyat məhdudiyyətləri və daxili istehlakın azalması və xarici ticarətin azalması səbəbindən 1,5%-ə qədər və ola bilsin ki, daha da azalacağını gözləyirlər. Özü də özəl investisiyalar portfelinin demək olar ki, tam olmaması ilə.
Bu acınacaqlı fonda postsovet məkanında bu il ÜDM-in sabit artımı proqnozlaşdırılan yeganə ölkə Azərbaycandır. AYİB-in may ayı Regional İqtisadi Perspektivlər Yeniləməsində qeyd edilir 2021-ci ildə Azərbaycanda iqtisadi canlanmanın aparıcı qüvvəsi qeyri-neft sektoru, ilk növbədə xidmət sektoru və sənaye istehsalı olub, ümumilikdə qeyri-neft sektoru 7,2% artımı təmin edib. Ümumilikdə, ötən il respublika üzrə ümumi daxili məhsulun artımı 5,6 faiz təşkil edərək proqnozları üstələyib. Müvafiq olaraq, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,5% səviyyəsində proqnozlaşdırılır.
Avropa Bankı hesab edir ki, bu ilin 1-ci rübündə ölkə yaxşı templər qazanıb və ÜDM-in artımı 6,8%-ə çatıb. Bu müsbət dinamika həm neftin və qazın dünya bazarında yüksək qiymətlərinə, həm də ümumilikdə sənaye və kənd təsərrüfatı istehsalının və qeyri-neft ixracının artmasına əsaslanır və bu gəlirlər Azərbaycanda ən azı 2012-ci ildə iqtisadiyyatın inkişafına davamlı dəstək verəcək. Üstəlik, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanın Ukrayna müharibəsi və anti-Rusiya sanksiyalarından itkiləri daha kiçikdir: bizim əsas enerji ixracat bazarlarımız Türkiyə və Avropadır və bu marşrutlar münaqişə zonasından keçmir. Azərbaycandan Türkiyəyə qeyri-neft ixracı artıq Rusiya Federasiyasına analoji tədarüklərdən demək olar ki, 40% çoxdur, üstəlik, bu gün Azərbaycanın əmək bazarı Avrasiya İqtisadi İttifaqı üzvü olan ölkələrlə müqayisədə Rusiyadan daha az asılıdır.
Bunu nəzərə alaraq, AYİB-in may icmalında Azərbaycanın Şərqi Avropa və Qafqazda enerji sektorundakı mövcud vəziyyətdən qısa müddətdə faydalanacaq yeganə ölkə olduğunu qeyd etməsi təəccüblü deyil ki, çünki o, əsasən neft ixracatçısıdır və Rusiya qazının Avropaya tədarükü üçün kritik bir alternativdir.
Burada xatırlatmaq lazımdır ki, neft və qaza yüksək tələb və yüksək qiymətlər ölkəmizin xarici ticarət dinamikasının yaxşılaşmasında mühüm rol oynayıb. Beləliklə, Azərbaycanın xarici ticarət dövriyyəsi 60 faizdən çox, ixrac isə təxminən 2 dəfə artıb. Eyni zamanda, yerli qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması da 45 faiz artıb və bu proses cari ildə də davam edir. Nəticədə, cari ilin cəmi 3 ayında müsbət saldo 5,1 milyard dollara çatıb, yəni ixrac idxalı xeyli üstələyir ki, bu da çox müsbət amildir, xüsusən də bu gün dünyanın və regionun bir çox ölkələrində ticarət balansı mənfidir.
Azərbaycan iqtisadiyyatının bu il inkişaf perspektivləri ilə bağlı oxşar arqumentləri BVF və “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin ekspertləri 2022-ci il üçün ÜDM-in proqnoz parametrlərini müvafiq olaraq 4% və 3,6% səviyyəsində göstərirlər. Eyni zamanda, BVF bu il Azərbaycanın ÜDM-nin nominal həcmini 73,4 milyard dollar səviyyəsində proqnozlaşdırır ki, bu da ötən ilin göstəricilərindən təxminən 25 faiz və ya 18,8 milyard dollar çoxdur.
Bununla belə, ölkənin durmadan inkişaf etdiyini, bütün pandemiya məhdudiyyətlərini dəf etdiyini, işğaldan azad edilmiş ərazilərdə xarici tərəfdaşların iştirakı ilə iri infrastruktur layihələrinin həyata keçirildiyini, sənaye zonalarının, aqroparkların və s. Sahələrdə kapitallaşmanın artırılması da nəzərə alsaq, ilin sonunda daxili ÜDM-in artım tempi daha yüksək ola bilər. Buna görə də Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-in artımını ÜDM-in 3,9%-i səviyyəsində proqnozlaşdırır.
Bu, kifayət qədər yerinə yetirilə bilən vəzifədir, ən azı 1-ci rübdə Azərbaycanın qeyri-xammal iqtisadiyyatı çox yüksək göstəricilər göstərib, qeyri-neft sənayesində isə artım tempi hətta 18%-i keçib. “Bu ilin yanvar-mart aylarında ölkədə qeyri-neft ÜDM-i 10,3% artaraq 15,01 milyard manata yaxın olub. Bu, Azərbaycanın iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsinin mühüm göstəricisidir”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Müəllif – Xəzər Axundov
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB