Rus ekspertlər: Erməni separatçıları Qarabağdan qovulmalıdır - ŞƏRHLƏR

İrəvan, YUNESKO missiyasının Azərbaycana və Ermənistana gözlənilən səfəri, eləcə də işğaldan azad edilmiş ərazilərdə Qafqaz Albaniyası dövrünə aid məbədlərin bir daha ilkin görünüşünə qaytarılması üçün Azərbaycanda komissiyanın yaradılması ilə əlaqədar Azərbaycan tərəfini erməni mədəni və dini irsini məhv etməkdə ittiham edib. Rəsmi İrəvan iddia edir ki, Azərbaycanın yenidən qurduğu Bakının nəzarətinə keçən ərazilərdə bir sıra ilkin erməni kilsələri var. Bakı məsələnin bu cür formalaşdırılması ilə qətiyyən razılaşmır və bildirir ki, ölkə ərazisinin bir hissəsinin işğalı dövründə müasir Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasının məbədlərində dəyişiklik edən məhz Ermənistan tərəfi olub. 9-cu əsrdə, həm də onları erməniləşdirməyə məruz qoyub. Bundan başqa, Bakı bəyan edib ki, onlar bir neçə ildir ki, YUNESKO-ya müraciət ediblər ki, təşkilat həmin vaxt işğal altında olan ərazilərə səfər etsin və Ermənistan tərəfindən mədəniyyət və tarixi abidələrin dağıdılması faktlarını qeydə alsın. Lakin İrəvanın aktiv maneələri səbəbindən missiya heç vaxt göndərilməyib.

Azərbaycan həmçinin təkid edir ki, bu missiya Ermənistanın özündə Azərbaycan abidələrinin dağıdılmasını da qeydə alsın.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş, “kabuslar şəhəri” və “Qafqazın Xirosiması” adlandırılan Ağdamda səfərdə olarkən burada tək bir bütöv bina qalmadığını deyərək, işğalçılar tərəfindən bu ərazilərdə törədilmiş vandalizmi bir daha xatırladıb.

Mövzu ilə bağlı rusiyalı ekspertlər “Moskva-Baku” portalına vəziyyəti şərh ediblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov:

- Abidələr məsələsində mən şübhəsiz ki, Azərbaycana etibar edərdim. Çünki burada bütün faktlar var və Azərbaycanın xeyrinədir. Hamıya məlumdur ki, Ermənistan mahiyyətcə monokultural, Azərbaycan isə multikultural ölkədir.

Burada multikulturalizm milli ideya hesab olunur. Bakının mərkəzində erməni kilsəsi var, Azərbaycanda 35 minə yaxın erməni yaşayır. Azərbaycan rəhbərliyi öz ölkəsindəki bütün millətlərin mədəniyyət və dini obyektlərinə yüksək sivil münasibət göstərir. Və ona görə də Azərbaycanla bağlı hər hansı narahatlıq ifadə etməyə ehtiyac yoxdur. Prezident İlham Əliyev hətta ölkədən kənarda da bəşəriyyətin mədəni irsinin qorunması siyasətini həyata keçirən parlaq təhsilə malik bir insandır.

Ermənistanın azərbaycanlıların milli və dini irsinə tamamilə dəhşətli münasibətlə bağlı çoxsaylı faktlar var. Azərbaycan Prezidentinin Azərbaycan ərazilərinin işğalı dövründə “Ermənistanın törətdiyi əməlləri soyqırım kimi tövsif etmək olar- onun parlaq təzahürü Xocalı hadisələri, urbanosid kimi qiymətləndirilə bilər”- dedikdə onunla razılaşmamaq olmaz. Şəhərlərin dağıdılması, mədəniyyətin məhvi kimi- mədəni irs obyektlərinin dağıdılması, ekosid kimi - təbiətin, ekologiyanın qəsdən məhv edilməsi. Bütün bunları dəhşətli barbarlıqdan başqa cür adlandırmaq olmaz.

Ermənistan həmişə özünü qurban kimi göstərməyə çalışıb, bu, onun təsir alətidir. İndi Ermənistanda belə bir məntiq işləyir: Azərbaycan bizi günahlandırır, ona görə də biz də Azərbaycanı günahlandırmalıyıq. Bu halda beynəlxalq ictimaiyyət isə hər ikisini günahkar kimi qəbul edəcək. Beynəlxalq təcrübədə çox vaxt belə olur. Amma bu halda yox.

Açığı, məhz Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı dəhşətli vəhşiliklər həyata keçirmiş, özlərini hamıdan “yuxarı təbəqə” hesab edərək öz ultra-millətçiliyini nümayiş etdirmişdir. Və buna görə də Azərbaycanla Ermənistanın mübarizəsi təkcə öz əraziləri uğrunda mübarizə deyil, həm də həqiqət, obyektivlik, millətçiliyə qarşı mübarizədir. Mədəni və dini abidələrin qorunub saxlanması ilə bağlı qarşıdurma isə bu münasibəti qabarıq şəkildə göstərir. Ermənistan həqiqətən də Azərbaycan ərazilərində etdiklərinə görə peşman olmalıdır.

Məlum faktlar var ki, əvvəllər İrəvanda azərbaycanlıların çoxlu sayda mədəni və dini irs obyektləri olub, lakin hər şey dağıdılıb. Millət ultramillətçiliyə büründü və onun necə dəhşətli cinayətlər törətməyə başladığının fərqinə varmadı. Buna misal olaraq Ağdamı göstərmək olar- hər şey tamamilə dağıdılıb, məscidlər şikəst edilib, orada donuz saxlanılıb. Bu, sadəcə olaraq, hörmətsizliyin təzahürü deyil, millətçi nifrətin təzahürüdür. İşğalçı qüvvələrin Ağdamda etdikləri qətiyyən yolverilməzdir.

Bu gün Ermənistanın abidələrin qorunması məsələsində Azərbaycanı guya günahkar kimi göstərməyə çalışması, mənə elə gəlir ki, Ermənistanın ənənəvi siyasətinin davamıdır.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan müxtəlif beynəlxalq təşkilatlarda erməni lobbisinin dəstəyindən yararlanmağa çalışır. Bu, birincisi. İkincisi, o, islam dünyasını sıxışdırmağa, bunun üzərində oynamağa, irsi “məhv edilən” xristian olduğumuza və bununla da dünyada dəstək qazanmağa çalışır, mənfi mənada oynamağa çalışır. Bu, sərt təbliğat yolu ilə edilir. Bir tərəfdən kimsə deyəcək: özünü müdafiə etməyə çalışan kiçik ölkə. Hələ bəzi izahat tapa bilərsiniz. Amma bu, yeniyetmənin cinayət yoluna düşməsini onun pis ailədə tərbiyə alması ilə izah etməklə eynidir. Bəli, bu, bir izahatdır, lakin bu, günahı ondan uzaqlaşdırmır.

Ermənistanın baş naziri Nikol Paşinyan indi, Azərbaycan və Ermənistan tərəfləri arasında sülhə doğru irəliləmək vəzifəsi qoyulduğu halda, Azərbaycan tərəfindən guya “erməni abidələri”nin dağıdılması məsələsini niyə belə fəal şəkildə təbliğ edir? Çünki Ermənistan lideri faktiki olaraq Azərbaycanla bir çox sahələrdə mübarizəni davam etdirir. O, bunu hakimiyyətdə qalmaq üçün edir. Üstəlik, Ermənistan cəmiyyətinin bir hissəsindən də məhz belə hərəkətlər üçün müraciət var.

Qeyd edim ki, bu gün Ermənistan da 2020-ci ilin payızında baş verəcək müharibə ilə bağlı Azərbaycanı yenidən işğalçı kimi təqdim etməyə çalışır. İrəvanın rəsmi mövqeyi ondan ibarətdir ki, Azərbaycan o zaman Helsinki Yekun Aktının gücdən istifadə etməmək prinsipini pozub. Amma təbii ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərini işğal edən Ermənistanın bu prinsipi ilk pozması faktı barədə susur. Amma Azərbaycan qanuni olaraq bu əraziləri qaytarıb və BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirib, bu isə o deməkdir ki, İrəvan bu torpaqları Azərbaycana qaytarmalı olub. Ermənistan rəhbərliyi bu gün öz nəzarətində olan işğal olunmuş ərazilərin qalan 30 faizinin qorunub saxlanmasını ən mühüm vəzifə kimi qarşıya qoyur. Ona görə də sabah qondarma “DQR”in “parlamenti” İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarətinə keçmiş ərazilərin “işğal olunmuş” kimi tanınması haqqında qanuna baxacaq. Amma əminəm ki, sonda bu 30 faiz də Bakının nəzarəti altına qayıdacaq.

PolitRUS portalının rəhbəri Vitali Arkov:

- Bakının nəzarətinə keçən ərazilərin vəziyyəti işğaldan sonra son dərəcə acınacaqlı olub. Biz görürük ki, bu gün Azərbaycan hakimiyyəti etnik və konfessional mənsubiyyətindən asılı olmayaraq bu ərazilərin, o cümlədən mədəni və dini obyektlərin bərpası ilə necə məşğuldur. Məlumdur ki, Azərbaycan bütün dinlərə hörmətlə yanaşan ölkədir, hakimiyyət müxtəlif millətlərin, dinlərin nümayəndələrinin mədəni və dini ocaqlarının yenidən qurulmasına, icmaların fəaliyyətinə dəstək üçün vəsait ayırır.

Ona görə də Ermənistan tərəfinin Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə müəyyən obyektlərə nəyinsə təhlükə olması ilə bağlı bütün bu bəyanatları əsassızdır. Bu bəyanatlara güzgü cavabı reallıqdır, Azərbaycanın mədəni və dini abidələri bərpa etməsi, işğaldan sonra necə baxması və Azərbaycanın nəzarəti altında olan ərazilərin qaytarılmasından sonra nəyə çevrilməsidir.

Ermənistan növbəti dəfə özünü qurban kimi göstərməyə, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla əldə olunan son dərəcə mühüm nizamlanma razılaşmalarının qərarını gecikdirməyə, bu kimi mövzularda söhbət etməyə çalışır. Nəqliyyat dəhlizi, sərhədlərin demarkasiyası ilə bağlı ciddi mövzular gündəmdədir, amma bu məsələlər son dərəcə ləng həll olunur. Azərbaycan Ermənistana öz irsinin real şəkildə məhv edilməsi ilə bağlı iddialar irəli sürür və buna cavab olaraq Ermənistan da öz iddialarını ortaya qoyur: bizim də iddialarımız var.

Ermənistan uzun müddətdir ki, özünü qurban kimi təqdim etmək üçün bu sxemdən istifadə edir, onun üçün ənənəvidir. Ermənistan isə işğalçı olmaqla bu sxemdən fəal şəkildə istifadə edib. Özünü qurban kimi göstərmək faydalıdır. Bunun fonunda siz Avropa İttifaqı və Amerikadan bir qədər pul silkələyə bilərsiniz.

Paşinyan 2020-ci ilin noyabrında üçtərəfli saziş imzalayıb və bununla da Ermənistan verilən ərazilərin Azərbaycana məxsusluğunu tanıyıb. Söhbət Ermənistanın hansı fədakarlığından gedir? Əgər bu sənədlər imzalanmasaydı, hələ də bəzi əsaslandırmalar ola bilərdi. Amma bu torpaqları siz özünüz geri verdiniz. Qarabağın erməni tərəfinin nəzarətində qalan hissəsinə gəlincə, burada İrəvana ancaq deyə bilərik ki, uşaqlar, odla oyanmayın.

Ermənistan Azərbaycanla düşmənçilik səhifəsini çevirməlidir. Bunun əvəzinə o, yaraları qurdalamağı seçir. Əksinə, onları ört-basdır edə bilər ki, inciklik aradan qalxsın. Ancaq vəziyyəti qəsdən qızışdırır. Göründüyü kimi, Paşinyan Qarabağ ətrafında bütün bu vəziyyətlə bağlı kifayət qədər radikal olan ictimai rəylə oynamaq istəyir.

Yeri gəlmişkən, Ermənistan bir neçə il YUNESKO-nun missiyasının işğal olunmuş ərazilərə səfərinin qarşısını aldı və əgər buna mane oldusa, deməli, bunun nəyə başa gələ biləcəyini anladı, gizlətməli nəsə olduğunu anladı.

YUNESKO missiyasının Qarabağa gözlənilən səfərinə Fransada keçiriləcək prezident seçkiləri və Merkelin gedişindən sonra Makronun Avropada 1 nömrəli siyasətçi olmaq istəyi prizmasından baxmaq olmaz. Almaniyanın Aİ-nin liderliyi zəifləyib və Makron bu yeri tutmaq istəyir. Nəzərinizə çatdırım ki, hazırda YUNESKO-ya Fransanın nümayəndəsi rəhbərlik edir. Və bu səbəbdən mən missiyanın bəzi təxribatlarını istisna etməzdim, buradakı erməni icması ilə spekulyasiya etməyi də istisna etmirəm, lakin Azərbaycan israr etməlidir ki, missiyanın ekspertləri müxtəlif ölkələri təmsil etsinlər, beynəlmiləl tərkibli olsun ki, qərarlar qərəzli olmasın.

O ki qaldı Qarabağın “separatçıları” tərəfindən Azərbaycanın nəzarətinə keçmiş ərazilərin “işğal olunmuş” kimi tanınmasına gəlincə, hələ Azərbaycanla Ermənistan arasında müharibə başlamamışdan əvvəl mən dedim ki, Qarabağ ərazisində heç bir separatçı birləşmə qalmamalıdır. Və əgər nəsə bir icma rəhbərləri varsa, onda yalnız "müvəqqəti administrasiya" ifadəsi ilə adlandırıla bilər. Separatçıları bu ərazidən çıxarmaq lazımdır. Ermənistana. Ermənistanın nəzarətində olan bu ərazidə yaşayan birinin Azərbaycan vətəndaşı olmasını çox təhlükəli hesab edirəm, çünki o, sadəcə olaraq, gizli partizan ola bilər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə