Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılıb - TƏHLİL

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardandır. İlk növbədə ona görə ki, həmin proqramlar inkişaf proqramları hesab olunur. Məhz buna görə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması başadüşüləndir. Bu baxımdan da təsadüfi deyil ki, digər inkişaf proqramları kimi, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları da dövlətimizin daim diqqət mərkəzindədir.

Dünyanın istənilən ökəsinin inkişafı ilk növbədə elm, təhsil və mədəniyyət səviyyəsi ilə ölçülür. Müşahidələr də göstərir ki, bütün dünyada məhz buna bu səviyyənin artırılması da prioritet olaraq qəbul edilir. Ona görə də həmin proqramların inkişafının daha da sürətləndirilməsi istiqamətində görülən işlər tamamilə məntiqi addım olaraq qəbul edilir. Elə məhz ölkəmizdə də bu istiqamətdə, daha dəqiq desək, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması, inkişaf etdirilməsi istiqamətində dövlətimizin gördüyü işlər cəmiyyətimiz tərəfindən doğru addım olaraq qəbul edilir. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafı ən mühüm məsələ olaraq diqqət mərkəzində saxlanılıb. Elə bu səbəbdən də hazırda bu istiqamətdə nailiyyətlərin olması məntiqidir və əldə olunan nailiyyətlər görülən işlərin məntiqi nəticəsi sayılır. Bununla belə, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması, davamlı şəkildə inkişaf etdirilməsi hər zaman olduğu kimi, diqqət mərkəzindədir. Çünki ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən məhz elə həmin proqramlardır.

Əslində, bizim ölkəmiz, xalqımız tarixən öz elmi, təhsili, mədəniyyəti ilə seçilib, bununla da dünyaya nümunə sayılıb. Xalqımızın dünya elminə bəxş etdikləri saysız-hesabsızdır. Bizim xalqımız dünya elminə, mədəniyyətinə həm görkəmli elm və mədəniyyət xadimləri, həm də təkrarsız elm-mədəniyyət nümunələri, əsərləri, ixtiraları bəxş edib. Ölkəmizin ərazisində təkcə Marağa rəsədxanasının olması belə təsdiq edir ki, hətta indiki dövrdə deyil, bundan əvvəllər belə xalqımız elmə böyük maraq göstərib və öz töhvələrini də verib. Tarix boyu xalqımız elm və mədəniyyət sahəsində xüsusi kəşfləri, xidmətləri olan özünün böyük şəxsiyyətləri ilə tanınıb. Təkcə elm deyil, mədəniyyətə, ədəbiyyata xalqımızın verdiyi töhvələri unutmaq olmaz. Ona görə ki, dünya ədəbiyyatında Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Əfzələddin Xəqanin, Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin və digərlərinin izləri silinməzdir və əbədi olaraq da qalacaq. Çünki bu dahilərin yaratdıqları əsərlər dünya ədəbiyyatı incilərindən sayılır.

Təkcə orta əsrlərdə və yaxud da bundan əvvəlki dövrlərdə deyil, müasir dövrümüzdə də xalqımızın bəşəriyyətə bəxş etdiyi elm, mədəniyyət xadimləri, alimlər heç də az deyil. “Yüksən oktanlı benzin” adlı kəşfi ilə bütün dünyanın yaddaşına yazılan azərbaycanlı akademik Yusif Məmmədəliyev benzinin donmasının qarşısını alan ixtirası sayəsində İkinci Dünya müharibəsinin bir növ taleyini həll etmiş oldu. XXI əsrdə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsini irəli sürən də azərbaycanlı alim olub və bütün dünyanın Lütfi Zadə kimi tanıdığı bu azərbaycanlı alimin dünya elminə bəxş etdiyi kəşf əvəzsizdir. Azərbaycanı böyük Şərqdə ilk opera məkanına çevirən ölməz bəstəkar Üzeyir Hacıbəyovun adını da bütün dünya ictimaiyyəti unudan deyil. Bütün bunlar ölkəmizin, xalqımızın nə qədər zəngin elm və mədəniyyətə sahib olması haqqında qənaətə gəlinməsi üçün əlbəttə ki, yetərlidir.

Təbii ki, bütün ixtiralar, elmi kəşflər, elm-mədəniyyət nümunələri, ərsəyə gələn əsərlər insan cəmiyyəti üçündür, insan naminə yaradılır və faydasını görən də insanlar, ümumilikdə bəşəriyyətdir. Deməli, həmin bu ənənələrin, ixtiraların, kəşflərin, əsərlərin yaradılması ənənəsi davam etdirilməlidir və bu da o deməkdir ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları daha böyük diqqətə layiqdir. Çünki insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Belə çıxır ki, bu istiqamətdə diqqətin daha da artırılması tamamilə məqsədəuyğundur. Eləcə də cəmiyyətin həyatında mühüm rol oynayan həmin proqramların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib, nə qədər əhəmiyyətli olduğu artıq bəllidir və bütün bunlar nəzərə alınaraq, həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarının inkişafı ölkəmizin mövcud potensialı ilə adekvat olması gərəkir.

Heç şübhəsiz ki, elm və təhsil proqramlarının davamlı şəkildə inkişaf etdirilməsi, ilk növbədə bilik səviyyəsinin artmasına, inkişafına, ələlxüsus da insanların savadlanmasına öz tövhələrini verməkdədir. Məhz elə bu baxımdan da cəmiyyətin inkişafı, tərəqqisi naminə həmin proqramların mütəmadi şəkildə hazırlanması və inkişafı nəzərdən qaçmamalıdır. Görünür elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması, getdikcə həmin diqqətin daha da artırılması bu baxımdan qəbul olunan hesab olunur. Onu da etiraf etmək lazımdır ki, elm və təhsil proqramları, eləcə də cəmiyyətimizin daha da savadlanması, daha dolğun məlumatlara sahib olması üçün əlverişli şərait və kifayət qədər geniş imkankar da mövcuddur. Əslində, geniş imlanlar dedikdə ilk növbədə ölkəmizdə internet şəbəkəsinin olmasını xatırlatmaq kifaət edir. Bu şəbəkənin köməyi ilə insanlar daim məlumatlanmaq, geniş və dolğun informasiyalar əldə etmək, eləcə də ötürmək imkanı əldə edirlər ki, bu da hazırda əvəzolunmazdır. Çünki təkcə maariflənmək, məlumat əldə etməklə iş bitmir və elmimizin, təhsilimizin, mədəniyyətimizin təbliği də xüsusi əhəmiyyət kəsb edir, hansı ki, bunun üçün internet resurlarından yararlanmağın olduqca böyük faydası var.

Cəmiyyətimizin savadlanması, dünya görüşünün daha da artması, daha dolğun, daha geniş məlumatlara sahib olması, tariximiz, mədəniyyətimiz, xalqımıza məxsus olan dəyərlər barədə daha dərin informasiyalara, məlumatlara sahib olmaq, yiyələnmək bundan sonra daha vacib hesab olunur. Əvvəla ona görə ki, tarixi həqiqətlər daha dərindən öyrənilməlidir ki, milli maraqlarımız da lazımınca müdafiə olunsun. Biz daim öz məkrli siyasəti ilə bizə məxsus olanı, tarixi torpaqlarımızı, adən-ənənələrimizi, mədəniyyətimizi, musiqimizi ələ keçirmək, mənimsəmək, oğurlamaq niyyətində olan bədnam qonşularımızın olduğunu bilirik. Hayların bizə məxsus olan dəyərlərə sahib çıxmaq üçün əsrlər boyu əldən-ayaqdan getmələrini hamıdan yaxşı biz bilirik. Bilirik ki, bədnam qonşularımız bizə məxsus olan hər şeyə - torpaqlara, elmimizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza, hətta adət-ənənələrimizə belə sahib çıxmaq niyyətindədir və buna mane olmaq indi hər bir vətəndaş üçün ən əsas vəzifə hesab olunur. Doğrudur, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, düşmən üzərində mükəmməl qələbə qazanıldı, torpaqlarımız işğaldan azad edildi, bizə məxsus olan hər nə varsa, geri qaytarıldı. Amma unutmaq lazım deyil ki, düşmən olduqca hiyləgərdir və hələ bundan sonra da bizə məxsus olan dəyərlərə əl uzatmayacağını söyləmək olmaz. Biz məhz xalqımıza məxsus olan dəyərləri əxz etməli, öyrənməli, bilməliyik ki, onlara sahib çıxa bilək. Biz öz tariximizi, öz mədəniyyətimizi, öz adət-ənənələrimizi, özümüzə məxsus olan hər nə varsa, onların hamısını daha dərindən öyrənməsək, bilməsək, eləcə də ərazilərimizin hər qarışı barədə müfəssəl məlumata, informasiyaya sahib olmasaq, onların müdafiəsi barədə danışmaq belə çətin olar. Deməli, bütün bunların reallaşması üçün də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət gərəkir və məhz buna görə də xüsusi diqqət ayrılıb.

Müəllif: İnam Hacıyev

6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə