NATO ölkələri raket daşıyan Rusiya təyyarələrini vurmağa başlaya bilər...

Bu gün yeni nişan qaydaları müzakirə olunacaq...

...NATO alyans ölkələrinin hava məkanına soxulan Rusiya hərbi təyyarələrinin vurulması imkanını müzakirə edir.

SİA xəbər verir ki, bu barədə The Telegraph yazır.

Onun sözlərinə görə, qırıcı təyyarənin vurulub-vurulmaması barədə qərar qəbul edilərkən təyyarənin göyərtəsində yerüstü hücum raketlərinin olması, eləcə də təyyarənin uçuş marşrutunun nəzərə alınması təklif edilir.

Həmçinin, Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç “milli ehtiyatları” – ayrı-ayrı üzv ölkələrin silahlarının istifadəsinə qoyduğu məhdudiyyətləri aradan qaldırmaq üçün vahid hava və raket əleyhinə müdafiə sisteminin yaradılmasını təklif etdi.

Yeni döyüş qaydaları ilə bağlı məsələ NATO müdafiə nazirlərinin çərşənbə günü, oktyabrın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Bundan əvvəl, “Financial Times” mənbələrinə görə, alyans ölkələri blokun şərq sərhədində patrulluq edən pilotlar üçün məhdudiyyətlərin yumşaldılmasını, onların hava məkanını pozan hədəflərə atəş açmasına icazə verilməsini təklif ediblər. Bu ideya Fransa və Böyük Britaniya tərəfindən dəstəklənən Şərqi Avropa ölkələri tərəfindən irəli sürülüb.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, alyans güc tətbiq etməyə hazırdır, ancaq birbaşa təhlükə yaradan Rusiya təyyarələrinə qarşı...

Sentyabrın sonunda NATO nümayəndələri Moskvaya onların hava məkanını pozan Rusiya təyyarələrini vurmağa hazır olduqları barədə xəbərdarlıq etmişdilər.

Böyük Britaniya, Almaniya və Fransa səfirliklərinin rəhbərləri qeyd ediblər ki, Rusiya döyüş təyyarələri və pilotsuz uçuş aparatları ilə onların hava məkanını qəsdən pozur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə